Xüsusi Nəqliyyat Əməliyyatları bölməmiz Jaguar brendinin nüfuzunu: başgicəlləndirici performans, eksklüziv dəbdəbə və ən müasir texnologiyanı əks etdirən avtomobillər dizayn edir. Xüsusi Nəqliyyat Əməliyyatları bölməsinin ən müasir Texniki Mərkəzi tərəfindən təqdim olunan F‑TYPE SVR modeli indiyədək istehsal olunmuş ən güclü F‑TYPE modelidir.
5 litr həcimli V8 burulğanlı qovucu ləngiməni azaldır və bütün sürətlərdə cəld performansı təmin edir. O sizimaksimal 314 km/saat sürətə, 0 da 100 km/saat sürətə isə cəmi 3.7 saniyədə çatdıracaq.*
*F‑TYPE SVR Carbon Fibre aerodinamik qanadı standart F‑TYPE qanadı ilə əvəzləndikdə, maksimal sürət 300km/saata enir.
Rəsmi Jaguar satıcısı ilə Jaguar sınaq yürüşünün performansı, dəbdəbəsi və çəkiciliyini hiss edin.