• Jaguar XE

    Jaguar avtomobillərinin ən qabaqcıl, səmərəli və zərif idman salonu.

  • JAGUAR XF

    İnanılmaz yüngül performans, əsl idarəetmə həzzi.

  • Jaguar XJ

    Gözəllik, lüks və gücün dramatik birləşməsi.

  • JAGUAR E - PACE

    Jaguar avtomobillərindən ilk kompakt SUV.

  • Jaguar F‑PACE

    Jaguar-ın ən praktik idman avtomobili.

  • Jaguar F‑TYPE

    Güclü, çevik və tamamilə fərqli F‑TYPE modeli Jaguar-ın əsl idman avtomobilidir.

  • SVO

    Bənzərsiz Jaguar avtomobillərini yaratmaq üçün ən yüksək səviyyədə texnologiya, performans və lüks.

F‑TYPE SVR KUPÉ

Təkmilləşmiş 575PS mühərriki ilə, F‑TYPE SVR geniş qüvvə, həyəcan və maksimum 322 km/saat sürətə malikdir.

MAKSİMUM GÜC

575PS

SÜRƏT TOPLAMA

0-100 km/saat sürəti 3.7 saniyəyə toplayır.

ƏN YÜKSƏK SÜRƏT

322km/saat

Xüsusi Nəqliyyat Əməliyyatları bölməmiz Jaguar brendinin nüfuzunu: başgicəlləndirici performans, eksklüziv dəbdəbə və ən müasir texnologiyanı əks etdirən avtomobillər dizayn edir. Xüsusi Nəqliyyat Əməliyyatları bölməsinin ən müasir Texniki Mərkəzi tərəfindən təqdim olunan F‑TYPE SVR modeli indiyədək istehsal olunmuş ən güclü F‑TYPE modelidir.

5 litr həcimli V8 burulğanlı qovucu ləngiməni azaldır və bütün sürətlərdə cəld performansı təmin edir. O sizimaksimal 322 km/saat sürətə, 0 da 100 km/saat sürətə isə cəmi 3.7 saniyədə çatdıracaq.*


*F‑TYPE SVR Carbon Fibre aerodinamik qanadı standart F‑TYPE qanadı ilə əvəzləndikdə, maksimal sürət 300km/saata enir.

F‑TYPE SVR Convertible-a nəzər yetirin Öz F‑TYPE SVR-nizi qurun

İNTERYER ÜSLUBU

Sırıqlı Performans oturacaqlar rahatlığı, dəstəyi və ultra-müasir görünüşü ilə ümumi dəbdəbə hissi aşılayır.

HƏR BİR DETAL ÖZƏLDİR

F‑TYPE modeli haqqında daha ətraflı məlumat əldə edin F‑TYPE SVR yenidən konfiqurasiya olunmuş aerodinamiklər ilə təkərin yoldan tutunmasını artıraraq və hər zaman maksimum dartı qüvvəsi təmin edən Jaguar Tam Təkər ötürücülü texnologiyası ilə yüngül və sürətlidir. Hər bir düym impulslu yarış performansı üçün optimallaşdırılmışdır ki, bu da sırf Jaguar brendinə məxsusdur.

Videonu izləyin
YÜNGÜLÇƏKİLİ TEXNOLOGİYALAR

YÜNGÜLÇƏKİLİ TEXNOLOGİYALAR

Çəki performansın rəqibidir. Bu səbəbdən biz F‑TYPE SVR modelini mümkün dərəcədə yüngül çəkidə istehsal etdik. Hər bir xüsusi məqsəd daşıyır. Yüngülçəkili Titianium və İnconel işlənmiş qazlar sistemi 16 kq qənaət etdiyi halda, döymə ərintili təkərlər ümumi çəkini 13.8 kq azaldır. Hər bir yenidən dizayn edilmiş arxa asqı kronşteyni adi kronşteynlər ilə müqayisədə 0.6 kq çəkiyə qənaət edir və seçim əsasında təklif olunan 398 mm ön və 380 mm arxa karbon keramik əyləclər çəkini qeyri-keramik alternativlər ilə müqayisədə 21 kq azaldır. Qənaət edilən hər bir milliqram F‑TYPE SVR modelinə daha çevik sürət toplama, cəld idarəetmə və iti əyləcləmə bəxş edir ki - bu da öz növbəsində unudulmaz idarəetmə təcrübəsi yaşadır.

AERODİNAMİKLƏR

AERODİNAMİKLƏR

F‑TYPE SVR modelinin aerodinamik qanadı daha az müqavimət və yüksək səviyyəli yerəbasma qüvvəsi təmin edərək gücləndirilmiş performansın ayrılmaz hissəsidir. Qanad geniş və daha çox qaldırılmış olaraq, bütün avtomobil üzərində hərəkət etməyə şərait yaradır. İstifadə olunduqda, 2.5 faiz müqavimət əmsalını və 15 faiz qaldırıcı əmsalı azaldır. Digər aerodinamiklər optimal soyutma və balanslı yerəbasma qüvvəsi təmin etmək üçün bütün mühərrik bölməsi üzrə hava axınını idarə edir. Döşəməaltı və arxa diffüzor müqaviməti azaldır, hava axınını idarə edir və sabitliyi təkmilləşdirir.

GÜC TEXNOLOGİYASI

GÜC TEXNOLOGİYASI

F‑TYPE SVR modelinin 5.0 litrlik V8 silindrli mühərriki qüvvənin ən yüksək zirvəsidir, yenidən kalibrasiya olunaraq 575PS və 700Nm fırlanma momenti təmin edir. Tam təkər ötürücülü idarəetmə sistemi Elektron Aktiv Diferensial ilə birgə çalışaraq dartı qüvvəsi və sabitliyi təkmilləşdirərək F‑TYPE SVR modelinin yüksək performansına geniş şərait yaradır.

F ‑TYPE SVR MODELİNİZİ XÜSUSİLƏŞDİRİN

F- TYPE modelinizi yalnız özünüzəməxsus edin. Gövdə və dam örtüyü rəngini və onları tamamlayacaq təkərlər seçin. Şəxsi interyer üslubunuzu dizayn edin, ideal oturacaqlar, parçalar və rəng kombinasiyalarını vurğulayın. Jaguar-a məxsus unikal seçim kolleksiyası, dizayn paketləri və aksesuarları ilə sizin F ‑TYPE modelinizin həqiqətən də sifariş əsasında hazırlanmış avtomobil olacaq.

F‑TYPE SVR modelinizi dizayn edin