• Jaguar XE

    Jaguar avtomobillərinin ən qabaqcıl, səmərəli və zərif idman salonu.

  • JAGUAR XF

    İnanılmaz yüngül performans, əsl idarəetmə həzzi.

  • Jaguar XJ

    Gözəllik, lüks və gücün dramatik birləşməsi.

  • JAGUAR E - PACE

    Jaguar avtomobillərindən ilk kompakt SUV.

  • Jaguar F‑PACE

    Jaguar-ın ən praktik idman avtomobili.

  • Jaguar F‑TYPE

    Güclü, çevik və tamamilə fərqli F‑TYPE modeli Jaguar-ın əsl idman avtomobilidir.

  • SVO

    Bənzərsiz Jaguar avtomobillərini yaratmaq üçün ən yüksək səviyyədə texnologiya, performans və lüks.

JAGUAR SAHİBİ ÜÇÜN DƏSTƏK

ZƏMANƏT

Jaguar zəmanəti sizə mühafizə və mənəvi rahatlıq hissi bəxş edir.

Jaguar zəmanəti – Satış Sonrası yüksək xidmət və dəstəyin göstərilməsi üçün nəzərdə tutulan geniş imkanlar paketidir.

Əgər (MENA* regionunda) Jaguar-ın rəsmi diler mərkəzindən satın alınmış avtomobilin hər hansı bir hissəsinin istehsalat qüsuru səbəbindən təmir və ya yenisi ilə əvəzlənməyə ehtiyacı olarsa, həmin hissə zəmanət müddətində*** avtomobilin sahibinin dəyişib-dəyişməməsindən asılı olmayaraq, Jaguar şirkətinin hər hansı Dileri tərəfindən tamamilə pulsuz təmir olunacaq və ya əvəzlənəcəkdir.

Jaguar-ın bütün yeni avtomobilləri 3 il və ya 100.000 km(hansı birinci baş verərsə) zəmanət müddətinə malikdir.

2018-ci il 1 iyun tarixində və ya həmin tarixdən sonra satılan tam yeni avtomobillər Jaguar-ın regional zəmanətindən faydalanacaqlar. Avtomobil Jaguar-ın rəsmi diler mərkəzi tərəfindən region üzrə nəzərdə tutulmuş müvafiq zəmanət şərtləri ilə təmin edilir. Spesifikasiyalar və zəmanət şərtləri regionlara görə fərqlənə bilər.

Avtomobil başqa bir regionda qeydə alınarsa və ya istifadə olunarsa əlavə proseduralar tələb oluna, müəyyən istisnalar tətbiq oluna və zəmanət şərtləri dəyişdirilə bilər. Regionlara daxildir: ABŞ, Çin, Avropa və BK (bura Türkiyə daxil deyil), Türkiyə, Rusiya, ətraf regionlar, Avstraliya və Yeni Zelandiya, Afrika, Yaxın Şərq və Şimali Afrika (MENA), Latın Amerika. Ətraflı məlumat üçün ən yaxın diler mərkəziniz ilə əlaqə saxlayın.

* Yaxın Şərq və Şimali Afrika regionuna daxil olan ölkələr: Əlcəzair, Azərbaycan, Bəhreyn, Misir, Gürcüstan, İraq, İordaniya, Küveyt, Livan, Mərakeş, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən.

** Yalnız MENA (Yaxın Şərq və Şimali Afrika) regionu daxilində satın alınmış və təmir edilmiş avtomobillərə aiddir. MENA region xaricində satın alınmış/qeydiyyatdan keçirilmiş/istifadə edilmiş avtomobillər üçün ödənişli əlavə zəmanət proseduraları tələb olunur. Daha ətraflı məlumat üçün Jaguar-ın rəsmi diler mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

*** Şərtlər tətbiq edilir.

Bizi tapın