Monte-Karlonun eksklüziv mühitində Jaguar-ın dördqapılı GT modelinin adı və dramatik silueti ilk dəfə ictimaiyyətə təqdim olundu.
İkonik limanın ətrafındakı məşhur şəhər küçələrində Type 01 bədii dizaynlı örtüklə təqdim olundu. Onun cəsarətli miqyası, uzun kapotu və möhtəşəm proporsiyaları bu ilin sonunda baş tutacaq rəsmi təqdimat öncəsi ekspressiv müjdəçidir.
Type 01 adı avtomobilin vizit kartı sayılan Strikethrough (üfüqi xətt) elementi üzərində nümayiş etdirildi. “Type” — tariximizdən xəbər verir: cəsarətli və coşqun dizaynı, emosional performansı və yüksək komfortu özündə birləşdirən, dövrü müəyyən edən avtomobillər irsinin ən son nümayəndəsidir. “0” — sıfır emissiyanı təmsil edir; hər zaman irəliyə doğru sıçrayışı ifadə edir. “1” — Jaguarın yeni nəsil həyəcanverici avtomobillərinin ilk nümunəsi olduğunu göstərir.
Dünya çempionu olan Jaguar TCS Racing komandası Formula E yarışının ən parlaq mərhələsinə hazırlaşarkən, bu həftəsonu həm də Type 01-i Jaguar-ın indiyədək istehsal etdiyi ən qabaqcıl və güclü model kimi nümayiş etdirmək üçün mükəmməl zaman idi.
Treklərdə sınaqdan keçmiş elektrik ötürücü sistemi, unikal proporsiyalar və aşağı ağırlıq mərkəzi ilə birləşərək bənzərsiz lüks Grand Tourer yaradır. Jaguar-ın ruhuna sadiq qalan Type 01 görünüşü qədər idarəetməsi ilə də valeh edir.
Bu hələ başlanğıcdır. Buraxılış tarixləri, tədbirlər və kreativ əməkdaşlıqlarla bağlı məlumatlar e-məktub şəklində gələnlər qutunuza göndəriləcək.
İstehsal öncəsi model nümayiş olunur. Texniki göstəricilər fərqlənə bilər.