ŞƏRTLƏR

ŞƏRTLƏR

JAGUAR LAND ROVER LIMITED VEB-SAYTLARI - VACİB MƏLUMAT



Jaguar biznesinin beynəlxalq xüsusiyyətinə görə Jaguar şəxsi məlumatları Aİ xaricində emal edir və saxlayır. Sizdən buna razılaşmağınızı istəməyə məcburuq. Əgər bunu istəmirsinizsə, təəssüflər olsun ki, sizin bu veb-sayt vasitəsilə istədiyiniz hər hansı bir sorğunu emal edə bilməyəcəyik. Əgər razılaşsanız, məlumatlarınızdan YALNIZ sorğunuzu emal etmək üçün istifadə etdiyimizə və ya Jaguar-ın gələcəkdə sizinlə əlaqə saxlaması üçün bundan istifadə etdiyinə (həmişə aşağıdakı Məxfilik Siyasəti ilə tənzimlənir) əsaslanaraq bunu edə bilərsiniz.

MƏXFİLİK SİYASƏTİ



Jaguar Land Rover Limited şirkəti onun Veb-Saytlarına daxil olan hər bir kəsin məxfiliyinə hörmətlə yanaşır və haqqınızda toplanan hər hansı məlumatlardan əvvəlcə sorğulaya bildiyiniz hər hansı xidməti həyata keçirmək və sonra isə Şirkət kimi sizə göstərdiyimiz xidmətləri təkmilləşdirmək üçün istifadə olunacaqdır. Biz bunu məlumatlardan müvafiq şəkildə istifadə etməklə edirik.


Bu məlumat Jaguar Land Rover Limited, onun törəmə və ya əlaqəli şirkətləri və bu şirkətlərdən hər hansı birinin dileri, agentliyi və lisenziatları, Jaguar şirkətinin sizin maraqlarınız üçün birbaşa və ya dolayı əlaqə saxladığı hər hansı başqa şirkətə açıqlanmayacaqdır. Bununla məlumatların mühafizəsi ilə bağlı müvafiq hüquqi müddəalara uyğun davranılacaq və əvvəlcə dünyanın istənilən yerində Avropa İttifaqı daxilində və ya xaricində saxlanıla və emal oluna bilər. Bunlardan yalnız Jaguar məhsulları və xidmətləri, əlaqəli məhsullar və xidmətlərin marketinqi ilə bağlı istifadə olunacaqdır.


Sizin bir fərd kimi haqqınızda saxladığımız məlumatları tapmaq və lazım gələrsə, onlara düzəliş etmək hüququnuz var; sizin həm də bizdən məlumatlarınızı istifadə etməməyi xahiş etmək hüququnuz var. İstəklərinizə hörmət etmək üçün bütün praktiki cəhdləri həyata keçirəcəyik. Lakin bəzi, xüsusən də təhlükəsizlik məsələləri və ya maliyyə əsasnamələri (məs: Jaguar Maliyyə Xidmətləri ilə məşğul olan zaman) ilə bağlı qanunvericilik bunun qarşısını ala bilər.

İNTERNET QİYMƏTİ VƏ MƏHSULDAN İMTİNA



Yolda qiymətlər avtomobilin tövsiyə olunan pərakəndə satış qiyməti, dilerə çatdırma, ƏDV, 12 aylıq Hökumətin Yol Rüsumlarının Ödənilməsi ilə bağlı Sənədi, Avtomobilin İlk Qeydiyyatı ilə bağlı Dövlət Rüsumu və nömrə üçün hesablanmış xərcdən ibarətdir. Seçim Qiymətləri yeni avtomobilin təchizatına qoyulur. Jaguar-ın apardığı siyasət davamlı məhsul inkişafının bir hissəsidir. Bu veb-saytda göstərilən və təsvir olunan model və əşyaların spesifikasiyaları, rəngləri və qiymətlərini istənilən vaxt dəyişdirmək hüququ qorunub saxlanır.


Son yenilənmə zamanı qeyd olunmuş məlumat, təfərrüatlar və təsvirlərin düzgün olduğunu təmin etmək üçün əlimizdən gələni etmişik. Hər hansı anlaşılmazlıqlara yol verməmək üçün sifarişinizi etməmişdən öncə həmişə Jaguar dilerinizlə avtomobilin spesifikasiyalarını yoxlamağınızı məsləhət görürük.


Jaguar.com veb-saytı bir neçə bazar versiyasını ehtiva edir. Bazar saytlarına Jaguar.com-un əsas səhifəsində dil seçimi səhifəsi vasitəsilə daxil olmaq mümkündür. Hər bir veb-saytda verilən məlumat hər avtomobilin bazar spesifikasiyası və satışsonrası xidmətləri ilə bağlıdır. Avtomobillə bağlı məlumat bazar səviyyəsində müxtəlif ola bilər. Bu veb-saytda heç nə Jaguar Avtomobilləri və ya Jaguar Dilerlərinin hər hansı xüsusi avtomobili satmaq təklifini ehtiva etmir.


Göstərilən rəng nümunələri mövcud olan çalarlar üçün yalnız ümumi göstəricidir. Təəssüflər olsun ki, biz burada avtomobillərimizin yüksək keyfiyyətli boyama səthlərini göstərə bilmirik


TEZ-TEZ VERİLƏN SUALLAR [FAQ]



1. Jaguar-ın məlumatlarımı toplamasının mənə nə faydası var?
2. Jaguar Veb-saytları tərəfindən hansı məlumatlar toplana bilər?
3. Jaguar bu məlumatları necə toplayacaq və saxlayacaq?
4. Jaguar bu məlumatları nə qədər müddətə saxlayacaqdır?
5. Şəxsi məlumatlarınız harada saxlanacaqdır?
6. Jaguar bu məlumatları nə üçün toplayır?
7. Bu siyasət kimə tətbiq olunur?
8. Jaguar-ın Uşaqların Məxfiliyinə dair öhdəliyi.
9. Kukilər nədir?
10. Müştəri profilləri hansılardır?
11. Özüm haqqımda məlumatlara necə düzəliş edə bilərəm?
12. Qeydiyyatdan keçməyi seçsəm, hansı seçimlərim olur?
13. Əgər qeydiyyatdan keçməməyi seçsəm, nə baş verir?


Jaguar-ın məlumatlarımı toplamasının mənə nə faydası var?


Məlumatların toplanması Jaguar şirkətinə aşağıdakılara nail olmaqda kömək edəcəkdir;
1. Məlumatı bir dəfədən çox daxil etməməklə, Saytın sizin üçün istifadəsini daha rahat etmək
2. Bizə məlumatları daha tez-tez təqdim etməkdə kömək edin.
3. Bizə sizin üçün daha uyğun olan məzmunu yaratmaqda kömək etmək.
4. Sizə Jaguar şirkətinin xidmətlər və məlumatlarını cəld tapmağa kömək etmək.
5. Sayta düzəlişlər etmək üçün məlumatdan istifadə.
6. Veb-sayt və onun istifadəsi çərçivəsində ümumi tendensiyaların dəyərləndirilməsi.
7. Sizi yeni məhsullar, xüsusi təkliflər, yenilənmiş məlumat və Jaguar şirkətinin sizin üçün maraqlı hesab etdiyi digər yeni xidmətlərlə bağlı məlumatlandırmaq. Bizə icazə verdiyiniz halda, başqa şirkətlərə sizinlə birbaşa əlaqə yaratmağa icazə verə bilərik.
8. Jaguar.com veb-saytı daxilində əvvəlki baxış fəaliyyətlərinizə əsaslanaraq müvafiq məhsul, təklif və xidmətlə bağlı məlumatı göstərmək
9. Sizə sevimli medianızı (divar kağızları, video, audio) saxlamaqda kömək etmək üçün gələcəkdə istinad etməyiniz üçün Jaguar.com veb-saytı çərçivəsində konfiqurasiya olunmuş avtomobillər və seçilən diler məlumatı.


Jaguar Veb-saytları tərəfindən hansı məlumatlar toplana bilər?
Jaguar-da şəxsi məlumatlarınız üzrə sizə daha çox idarə etmək imkanı vermək niyyətindəyik. Ümumilikdə, siz bizə kim olduğunuzu demədən və ya özünüz haqqında hər hansı məlumatı açıqlamadan Vebdə Jaguar-a daxil ola bilərsiniz. Elə vaxtlar ola bilər ki, sizdən ad və ünvanınız kimi məlumatları istəyə bilərik. Sizdən İnternetdə məlumat toplamamışdan əvvəl bu barədə sizə məlumat vermək bizim məqsədimizdir.


Hətta qeydiyyatdan öncə belə, Veb-saytdan necə istifadə etməyinizlə bağlı anonim məlumat toplayacağıq. Bu, İnternetdə hər hansı Veb-sayt üçün ümumi standart prosedurdur. Toplanmış məlumat sizi şəxsən müəyyən etmir, lakin marketinq məqsədləri və ya təklif etdiyimiz xidmətləri təkmilləşdirmək üçün bizə kömək edə bilər.


Təklif etdiyimiz xidmətləri təkmilləşdirmək üçün sizi Jaguar.com veb-saytlarına aparan yönləndirici veb-sayt (məsələn: Google axtarışı) və ya banner haqqında anonim məlumat toplayacağıq.


Əgər bizə lazım olan şəxsi məlumatlarınızı İnternet vasitəsilə Jaguar-a vermək istəsəniz, məsələn sizinlə yazışmaq və ya sizi abunə ilə təmin etmək üçün bizim məqsədimiz sizə bu cür məlumatdan necə istifadə edəcəyimizi bildirməkdir. Əgər bu məlumatların gələcəkdə sizinlə əlaqə saxlamaq üçün istifadə olunmasını arzulamadığınızı bizə bildirəndə, istəklərinizə hörmətlə yanaşacağıq.


Jaguar bu məlumatları necə toplayacaq və saxlayacaq?
Sayt müxtəlif üsullarla haqqınızda məlumat toplaya bilər; ya bunu sizdən birbaşa (qeydiyyat formasında olduğu kimi), ya da bu Sayta girişiniz haqqında məlumatı avtomatik yazmaqla istəyir. Məsələn, Sayt vasitəsilə səyahətinizlə bağlı məlumatlar toplaya və ya götürmək istədiyiniz seçimləri qeydə ala bilərik.


Məlumat fiziki və texniki tədbirlərin birgə görülməsi ilə qorunan təhlükəsiz mühitdə saxlanılır. Bu məlumata ümumi giriş yoxdur.


Jaguar bu məlumatları nə qədər müddətə saxlayacaqdır?
Biz bu məlumatların sizə necə xidmət etdiyimizi daha yaxşı anlamağımıza və istəklərinizə hörmətlə yanaşacağımıza kömək edəcəyinə inandığımız üçün Jaguar bu məlumatları təhlükəsiz və qorunan mühitdə saxlayacaq. Bundan əlavə, qanunvericiliklə bizdən bu məlumatları müəyyən vaxt ərzində saxlamaq tələb oluna bilər. Haqqınızda saxlanan məlumatlara necə düzəliş edə və ya yeniləyə bildiyinizi anlamaq üçün bu bölmədə müvafiq suala baxmağınız xahiş edilir.


Şəxsi məlumatlarınız harada saxlanacaqdır?
Jaguar dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Sizə, müştərilərimizə müvafiq xidmət göstərməyimizə kömək etmək üçün harada olduğunuzdan asılı olmayaraq, biz İnternet saytlarımızı bir mərkəzi saytdan idarə edirik. Bu mərkəz hazırda Böyük Britaniyada yerləşir, lakin biz həm də başqa ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatlarından çatdırılan veb-xidmətləri də istifadə edirik. Həm Avropa, həm də ABŞ-ı əhatə edən məlumatların mühafizəsi ilə bağlı qanunların yalnız bir toplusu yoxdur və Avropa qanunlarına görə şəxsi məlumatlarınızı ABŞ-a ötürməmişdən və onları orada saxlamamışdan öncə sizdən bizə qəti razılıq verməyiniz tələb olunur.


Jaguar bu məlumatları nə üçün toplayır?
Bizə bu məlumatlar sizə göstərdiyimiz xidmətləri təkmilləşdirmək üçün lazımdır; biz məhsullar və xidmətlərimizin xüsusi ehtiyaclarınıza cavab verməsini asanlaşdırmaq istəyirik.


Bu siyasət kimə tətbiq olunur?
Bu siyasət fərdi istehlakçılar və korporativ ziyarətçilərin istifadəsi üçün nəzərdə tutulmuş veb-saytlara tətbiq olunur.


Jaguar' şirkətinin Uşaqların Məxfiliyi ilə bağlı Öhdəliyi
Uşaqların məxfiliyinin qorunması vacibdir. Bu səbəbdən də biz veb-saytımızda yaşı 16-dan az olan uşaqlarla bağlı məlumatları heç vaxt toplamırıq və ya saxlamırıq.

KUKİLƏR SİYASƏTİ



Kukilərin silinməsi
Siz asanlıqla brauzerinizin kukilər qovluğunda quraşdırılmış hər hansı kukiləri silə bilərsiniz. Məsələn: əgər Microsoft Windows Explorer istifadə edirsinizsə:


'Windows Explorer'-i açın
Alətlər panelində 'Axtarış' düyməsi üzərinə klikləyin
'Qovluqlar və Fayllar' üçün axtarış xanasına "kuki" yazın
'Baxış' xanasında 'My Computer' seçin
'İndi axtar' üzərinə klikləyin
Tapılan qovluqlar üzərinə iki dəfə klikləyin
İstənilən kuki faylını 'seçin'
Klaviaturanızda 'Delete' düyməsinə vurun


Əgər Microsoft Windows Explorer istifadə etmirsinizsə, onda siz kuki qovluğunuzu harada tapmaqla bağlı məlumat üçün "Kömək" funksiyasında "kukilər" seçməlisiniz.


Özüm haqqımda məlumatlara necə düzəliş edə bilərəm?
Bəzi Jaguar Veb-saytları sizə göndərdiyiniz Şəxsi Məlumatlara nəzər salmaq və yeniləmək icazəsi verən qeydiyyat səhifələrini işlədir. Başqa sözlə desək, sizə sadəcə olaraq xidmət üzvlüyünüzü ləğv etmək seçimi verilir. Başqa hallarda isə, Jaguar Saytına əvvəllər göndərdiyiniz Şəxsi Məlumatı düzəltməyinizə ehtiyac olarsa, təqdim olunan göstərişlərə əməl etməyiniz xahiş olunur.


İnternet və Sayt Təhlükəsizliyi haqqında necə?
İnternet təhlükəsiz sistem deyil və siz onlayn olan zaman açıqladığınız məlumatla bağlı həmişə diqqətli olmalısınız. Jaguar Saytları tərəfindən toplanan Şəxsi Məlumatlar ictimaiyyət üçün açıq olmayan təhlükəsiz iş mühitində saxlanılır. Bəzi hallarda, müvafiq təhlükəsizlik texnologiyasından istifadə olunmaqla, siz əməliyyatınızı aparmamışdan əvvəl Şəxsi Məlumatlarınız şifrələnir.


Əgər qeydiyyatdan keçməməyi seçsəm, nə baş verir?
Əgər qeydiyyatdan keçməməyi, yaxud şəxsi məlumatları təqdim etməməyi seçsəniz, əksər hallarda hələ də bir çox Jaguar Veb-saytlarından istifadə edə biləcəksiniz. Lakin siz qeydiyyat tələb edən sahələrə daxil ola bilməyəcəksiniz. Hətta siz qeydiyyatdan keçməsəniz belə, biz bəzən Veb-saytdan necə istifadə etməyinizlə bağlı anonim məlumatlar toplayacağıq. Bu, sizi şəxsən müəyyən etməyən, lakin marketinq və ya təklif etdiyimiz xidmətləri təkmilləşdirmək üçün faydalı ola bilən məlumatdır


Kuki veb-saytın sizin kim olduğunuzu xatırlamasına kömək edən, veb-saytın kompüterinizin sərt diskində brauzerin kuki faylına ötürdüyü yalnız mətn sətirlərini ehtiva edən məlumatdır. Kukilər üstün tutduğunuz maraqlarınıza uyğun gələn məzmunu daha cəld şəkildə müəyyən etməkdə veb-sayta kömək edə bilər - əksər veb-saytlar kukilərdən istifadə edir. Təkcə kukilərdən sizi tanımaq üçün istifadə oluna bilməz.


Kuki səciyyəvi olaraq onun götürüldüyü domenin adını; kukinin "istifadə müddəti"; və dəyəri, necə gəldi yaradılan unikal nömrəni ehtiva edir.


Bu veb-saytda iki növ kukidən istifadə olunur:


Seans Kukiləri - bu kukilər siz saytı tərk etməyənə kimi brauzerinizin kuki faylında saxlanan müvəqqəti kukilərdir.
Davamlı Kukilər - daha uzun müddət brauzerinizin kuki faylında qalır (həmin bu uzun müddət isə xüsusi kukilərin istifadə müddətindən asılı olacaqdır).


Kukilərdən saytda necə istifadə olunur və hansı məlumat toplanır?


Seans Kukilərindən aşağıdakı hallarda istifadə olunur:
- Saytımızın səhifələri boyu sizə məlumat daşımaq imkanı vermək və məlumatın yenidən daxil edilməsinin qarşısını almaq.
- Qeydiyyat daxilində sizə saxlanılan məlumata daxil olmaq icazəsi vermək.


Davamlı Kukilərdən aşağıdakı hallarda istifadə olunur:
- Veb-saytımıza qayıtdığınız zaman bizə sizi unikal ziyarətçi kimi tanımağa kömək etmək (nömrədən istifadə etməklə, sizi şəxsən tanımaq mümkün olmur).
- Bizə üstün tutduğunuz maraqlarınıza uyğun olan məzmun və ya reklamları təqdim etmək və eyni reklamları təkrarən göstərməyə yol verməməyə imkan yaratmaq.
- Bizə istifadəçilərin saytımızdan necə istifadə etməsini anlamaq və bizə veb-saytımızın strukturunu təkmilləşdirmək icazəsi verən anonim, kompleks statistikanı tərtib etmək. Bu şəkildə sizi şəxsən tanımaq mümkün deyil.


Üçüncü Tərəf Kukiləri
Üçüncü tərəflər bu sayt vasitəsilə kukiləri işlədir. Onlardan aşağıdakı məqsədlər üçün istifadə olunur:


- Saytımızda reklamlara xidmət etmək və bu reklamların istifadəçilər tərəfindən kliklənib-kliklənmədiyini izləmək.
- Xüsusi reklamın sizə nə qədər göstərildiyinə nəzarət etmək.
- Sizə seçimlərinizə uyğun məzmun hazırlamaq.
- Saytımızda anonim istifadəçilərin sayını hesablamaq.
- Alış-veriş səbətləri və əməliyyatlar çərçivəsində təhlükəsizliyi təmin etmək.


Veb-Mayaklar
Veb-səhifələrimizin bəzisi bizə bu səhifələrə daxil olan istifadəçilərin sayını hesablamaq imkanı verən Veb-Mayaklar (bəzən aydın gif-lər kimi tanınır) kimi tanınan elektron təsvirləri ehtiva edə bilər. Veb-Mayaklar yalnız kuki nömrəsini ehtiva edən məhdud məlumatı; səhifə baxışı vaxtı və tarixi; və Veb-Mayakın yerləşdiyi səhifənin təsvirini toplaya bilər. Biz həm də üçüncü tərəfin reklamçıları tərəfindən yerləşdirilən Veb-Mayakları əhatə edirik. Bu Mayaklar hər hansı şəxsi müəyyən edən məlumatı daşımır və onlardan yalnız xüsusi kampaniyanın effektivliyini izləmək üçün istifadə olunur.


Kukilərin Qeyri-aktiv edilməsi və Aktivləşdirilməsi
Sizin brauzerinizdə parametrləri dəyişdirməklə, kukiləri qəbul etmək və ya onlardan imtina etmək imkanınız var. Lakin kukilər qeyri-aktiv edilərsə, siz bütün interaktiv xüsusiyyətlərdən istifadə edə bilməyəcəksiniz. Kuki sərt diskinizdə qəbul edilməmişdən öncə xəbərdarlıq almağınızı istəsəniz, aşağıda verilən təlimat göstərişlərinə əməl edin:


Internet Explorer 7.0+-də:
- 'Alətlər' menyusuna keçin
- 'İnternet Seçimləri' üzərinə klikləyin
- 'Məxfilik' tab-vərəqəsi üzərinə klikləyin
- Üstün tutduğunuz parametrləri seçmək üçün sürüngəcin yerini dəyişdirin
- Əgər daha kukiləri qəbul etmək istəməsəniz, 'Yüksək' təhlükəsizlik səviyyəsini seçin
- 'OK' üzərinə klikləyin
- “Ümumi” tab-vərəqəsi üzərinə klikləyin
- “Baxış tarixçəsi” bölməsində “Sil” düyməsinə klikləyin
- “Baxış Tarixçəsini Sil” peyda olan menyusunda “Kukiləri Sil” düyməsinə klikləyin
- Bu, bütün kukiləri siləcəkdir


Siz bu faylları silən kimi daha kukiləriniz olmayacaq və brauzeriniz seçdiyiniz təhlükəsizlik səviyyəsi əsasında yeni kukiləri daha göndərməyəcək və ya qəbul etməyəcəkdir.


Internet Explorer 6.0+-də:
- 'Alətlər' menyusuna keçin


- 'İnternet Seçimləri' üzərinə klikləyin - 'Məxfilik' tab-vərəqəsi üzərinə klikləyin
- Üstün tutduğunuz parametrləri seçmək üçün sürüngəcin yerini dəyişdirin
- Əgər daha kukiləri qəbul etmək istəməsəniz, 'Yüksək' təhlükəsizlik səviyyəsini seçin
- 'OK' üzərinə klikləyin
- Kukilər kataloqunuza gedin
- Orada olan bütün faylları silin, bu, bütün kukiləri siləcəkdir


Siz bu faylları silən kimi daha kukiləriniz olmayacaq və brauzeriniz seçdiyiniz təhlükəsizlik səviyyəsi əsasında yeni kukiləri daha göndərməyəcək və ya qəbul etməyəcəkdir.


Mozilla Firefox 3.0+-də:
- 'Alətlər' menyusuna keçin
- 'Seçimlər' üzərinə klikləyin
- ‘Məxfilik’ düyməsi üzərinə klikləyin
- Əgər daha kukiləri qəbul etmək istəmirsinizsə, ‘Saytlardan kukiləri qəbul et’ seçiminin işarəsini ləğv edin
- Kukiləri silmək üçün eyni pəncərədə ‘İndi təmizlə’ düyməsi üzərinə klikləyin
- ‘Məxfi Məlumatları təmizlə’ seçimində ‘Kukiləri’ işarələyin
- ‘İndi məxfi məlumatları təmizlə’ düyməsi üzərinə klikləyin


Siz bu faylları silən kimi daha kukiləriniz olmayacaq və brauzeriniz seçdiyiniz parametrlərə uyğun olaraq yeni kukiləri daha göndərməyəcək və ya qəbul etməyəcəkdir.


Mozilla Firefox 2.0-da:
- Alətlər menyusuna keçin (yaxud Linux-da Redaktə et)
- 'Seçimlər' üzərinə klikləyin (yaxud Linux-da Seçimlər)
- Sol tərəfdəki paneldə Məxfilik piktoqramını seçin
- Kukilər üzərinə klikləyin
- Üstün tutduğunuz parametrləri seçin
- Qeyd edək ki, üçüncü tərəf kukilərinin bloklanması seçimi Firefox 2-nin istifadəçi interfeysindən silinib.


Mozilla Firefox 1.5-də:
- Alətlər menyusuna keçin (yaxud Linux-da Redaktə et)
- 'Seçimlər' üzərinə klikləyin (yaxud Linux-da Seçimlər)
- Sol tərəfdəki paneldə Məxfilik piktoqramını seçin
- Kukilər üzərinə klikləyin
- Üstün tutduğunuz parametrləri seçin


Safari 2.0.+-də:
- Safari menyusundan Seçimlər seçin
- Təhlükəsizlik nişanını seçin
- Kuki parametrləri pəncərədə göstərilir
- Üstün tutduğunuz parametrləri seçin


Safari 1.2.+-də:
- Safari menyusundan Seçimlər seçin
- Təhlükəsizlik nişanını seçin
- Kuki parametrləri pəncərədə göstərilir
- Üstün tutduğunuz parametrləri seçin


Opera 8.5.0
- "Fayl" menyusuna keçin
- ’Seçimlər’ üzərinə klikləyin
- ‘Məxfilik’ seçin
- Üstün tutduğunuz parametrləri seçin


Netscape 7.0+ istifadə edirsinizsə:
- Menyu panelində 'Redaktə et' seçiminə keçin
- 'Seçimlər' üzərinə klikləyin
- ' Məxfilik və Təhlükəsizlik' üzərinə klikləyin
- 'Kukilər' sahəsini seçin
- Üstün tutduğunuz parametrləri seçin
- 'OK' üzərinə klikləyin
- 'Başla' düyməsinə klikləyin
- 'Tap' üzərinə klikləyin
- 'Fayllar və Qovluqlar' üzərinə klikləyin
Görünən axtarış xanasına "cookies.txt" daxil edin
- 'İndi tap' üzərinə klikləyin
- Axtarış nəticələri göründükdə qeyd olunmuş bütün faylları 'Səbətə' sürükləyin, bu, bütün kukiləri siləcəkdir
- İndi bağlayın və Netscape-i yenidən başladın


Əvvəlki seçiminizdən asılı olaraq, sizə yeni kukilər təklif olunacaq və ya heç bir kuki təyin edilməyəcək və ya qəbul edilməyəcəkdir.


Kukilərin silinməsi
Siz asanlıqla brauzerinizin kuki qovluğunda quraşdırılmış hər hansı kukiləri silə bilərsiniz. Məsələn: əgər Microsoft Windows Explorer istifadə edirsinizsə:


'Windows Explorer'-i açın
Alətlər panelində 'Axtarış' düyməsi üzərinə klikləyin
'Qovluqlar və Fayllar' üçün axtarış xanasına "kuki" yazın
'Baxış' xanasında 'My Computer' seçin
'İndi axtar' üzərinə klikləyin
Tapılan qovluqlar üzərinə iki dəfə klikləyin
İstənilən kuki faylını 'seçin'
Klaviaturanızda 'Delete' düyməsinə vurun


Əgər Microsoft Windows Explorer istifadə etmirsinizsə, onda siz kuki qovluğunuzu harada tapmaqla bağlı məlumat üçün "Kömək" funksiyasında "kukilər" seçməlisiniz.
Özüm haqqımda məlumatlara necə düzəliş edə bilərəm?
Bəzi Jaguar Veb-saytları sizə göndərdiyiniz Şəxsi Məlumatlara nəzər salmaq və yeniləmək icazəsi verən qeydiyyat səhifələrini işlədir. Başqa sözlə desək, sizə sadəcə olaraq xidmət üzvlüyünüzü ləğv etmək seçimi verilir. Başqa hallarda isə, Jaguar Saytına əvvəllər göndərdiyiniz Şəxsi Məlumatı düzəltməyinizə ehtiyac olarsa, təqdim olunan göstərişlərə əməl etməyiniz xahiş olunur.


İnternet və Sayt Təhlükəsizliyi haqqında necə?
İnternet təhlükəsiz sistem deyil və siz onlayn olan zaman açıqladığınız məlumatla bağlı həmişə diqqətli olmalısınız. Jaguar Saytları tərəfindən toplanan Şəxsi Məlumatlar ictimaiyyət üçün açıq olmayan təhlükəsiz iş mühitində saxlanılır. Bəzi hallarda, müvafiq təhlükəsizlik texnologiyasından istifadə olunmaqla, siz əməliyyatınızı aparmamışdan əvvəl Şəxsi Məlumatlarınız şifrələnir.


Əgər qeydiyyatdan keçməməyi seçsəm, nə baş verir?
Əgər qeydiyyatdan keçməməyi, yaxud şəxsi məlumatları təqdim etməməyi seçsəniz, əksər hallarda hələ də bir çox Jaguar Veb-saytlarından istifadə edə biləcəksiniz. Lakin siz qeydiyyat tələb edən sahələrə daxil ola bilməyəcəksiniz. Hətta siz qeydiyyatdan keçməsəniz belə, biz bəzən Veb-saytdan necə istifadə etməyinizlə bağlı anonim məlumatlar toplayacağıq. Bu, sizi şəxsən tanımayan məlumatdır, lakin marketinq məqsədləri və ya təklif etdiyimiz xidmətləri təkmilləşdirmək üçün bizə kömək edə bilər.