JAGUAR
XİDMƏTİN GÖSTƏRİLMƏSİ

Növbəti xidmətinizi bu gün onlayn sifariş edin.
GÖRÜLƏCƏK XİDMƏTİ REZERVASİYA EDİN

BUNDAN YÜKSƏK STANDART, BUNDAN GÜCLÜ ÖHDƏLİK OLA BİLMƏZ

Jaguar-da bizim öhdəliyimiz davamlıdır, hər şey əhatəli və ən vacibi isə əbədidir. Hətta sərgi zalını tərk etdikdən sonra belə, siz sürücülük təcrübənizi davamlı olaraq qoruyan, təkmilləşdirən və genişləndirən ekspertiza əldə edirsiniz. Məhz buna görə də Müştəri Xidmətləri bizim üçün belə vacibdir - çünki sizin hər zaman təhlükəsiz əllərdə olduğunuzu təmin etmək istəyirik ki, Jaguar ilə təcrübəniz davamlı olsun.

XİDMƏTİN GÖSTƏRİLMƏSİ VƏ TƏMİR

XİDMƏTİN GÖSTƏRİLMƏSİ VƏ TƏMİR

Jaguar Diler Mərkəzi ilə əlaqə saxladığınız andan siz yüksək şəkildə təlim keçmiş və peşəkar mütəxəssislərin əllərində olacaqsınız. Jaguar-ın ən müasir diaqnostika avadanlığından istifadə etməklə, Xidmət Texnikləri Jaguar avtomobilinizi qiymətləndirəcək və xüsusi tərtib olunmuş alətlərdən istifadə etməklə, hər hansı vacib təmirləri həyata keçirəcəklər. Əgər təmirə ehtiyacınız varsa, biz yalnız Təsdiqlənmiş Jaguar Ehtiyat Hissələrini istifadə edəcəyik. Xidmətinizi sifariş edən zaman prioritetimiz sizi həmişə səyyar saxlamaqdır. Bunu nəzərə almaqla, biz avtomobillə aparmaq, premium taksi, götürmə və çatdırma kimi manevr seçimlərin tam dəstini təklif edirik.
XİDMƏT PLANLARI

XİDMƏT PLANLARI

Jaguar-ın sükanı arxasına keçmək hətta avtomobilinizə yüksək səviyyəli sabit qiymətli xidmət planı ilə baxış keçirildikdən sonra belə həzz ala bildiyiniz unikal hiss bəxş edir. Bu yüksək xidmət planı Jaguar investisiyanızı qoruyacaq, optimal performansı təmin edəcək və İstehsalçı Zəmanəti tələblərini qoruyub saxlamağa kömək edəcəkdir. Ətraflı məlumat üçün Jaguar Xidmət Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur
ƏTRAFLI MƏLUMAT
JAGUAR YOLDA YARDIM*

JAGUAR YOLDA YARDIM*

Jaguar Yolda Yardım xidməti hər hansı bir səbəbdən avtomobiliniz yolda xarab olarsa, sizə əminlik hissi vermək üçün yaradılmışdır. Bu, xırda bir deşikdən tutmuş hərəkətin pozulması və ya qəzalara kimi hər bir halda sizə yardım edəcəyik. Jaguar Yolda Yardım Xidmətindən istifadə Jaguar Zəmanəti və Genişləndirilmiş Zəmanət müddətində mümkündür. Jaguar Yolda Yardım zəng mərkəzi günün 24 saatı, ilin 365 günü açıqdır və təcrübəli, yardımsevər komanda ilə təmin edilmişdir.

*Bazar dəyişmələri tətbiq olunur, ətraflı məlumat üçün yerli Diler mərkəzinizlə əlaqə saxlayın.
ƏTRAFLI MƏLUMAT
ZƏMANƏT

ZƏMANƏT

Ruhi sakitliyiniz üçün biz standart kimi əhatəli 5 illik Jaguar Zəmanəti təqdim edirik və bu zəmanət istehsal xətası nəticəsində lazım olan təmirləri əhatə edir. Bu, Jaguar avtomobilinizin həmişə ən bacarıqlı əllərdə olduğunu təmin edir. Jaguar həm də sahibliklə bağlı xərcləri azaltmaq və gözlədiyiniz bütün əminliyi təklif etmək üçün nəzərdə tutulan Genişləndirilmiş Zəmanət təklif edir. Jaguar-ın Genişləndirilmiş Zəmanətini almaqla bağlı ətraflı məlumat tapmaq üçün Jaguar Diler mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
ƏTRAFLI MƏLUMAT
KOMPLEKS QAYĞI PROQRAMI

KOMPLEKS QAYĞI PROQRAMI

Jaguar-ın Kompleks Qayğı Proqramı bütün müştəri ehtiyaclarına cavab vermək üçün 24/7 xidmətinizdə olan internet-maqazindir. Sizin yolda yardım, GPS istiqamətləri tələb etməyinizdən, yeni aksesuarlar axtarmaq istəməyinizdən və ya sadəcə olaraq ən yaxın sərgi mərkəzimizi tapmağınızdan və ya növbəti xidməti sifariş etməyinizdən asılı olmayaraq, Jaguar-ın Kompleks Qayğı Proqramı bunu sadə bir düyməyə toxunmaqla mümkün edir. Avtomobil sahibliyi təcrübənizi təkmilləşdirmək üçün pulsuz Proqramı bu gün endirin. Google Play və iTunes App Store-dan mümkündür.
ƏTRAFLI MƏLUMAT