5,0 litrlik, üfürməli V8 mühərrikinin nail olduğu 600 PS güclə Project 8 Jaguar brendinin tarixi boyunca ən güclü yol avtomobilidir. Bu buraxılışın dünya üzrə cəmi 300 avtomobili istehsal ediləcək, bunların hər biri İngiltərənin Uorvikşir qraflığında yerləşən SVO Texniki Mərkəzində əllə yığılacaq. Siz iki oturacaqlı Track Pack versiyası və səfərlər üçün nəzərdə tutulmuş dörd oturacaqlı versiya arasında seçim edə bilərsiniz - hər iki versiyanın sol gedişli sükan çarxı ilə təqdim edilməsi mümkündür. Avtomobilin prototip versiyaları Avropada sınaq poliqonlarında, xüsusilə də Nürburqrinqdə "Nordschleife" trasında sınaqdan keçirilib. Project 8 "Nordschleife" trasında dairəni başqa Jaguar avtomobillərindən – tarix boyunca hər hansı digər dörd qapılı istehsal məqsədli sedan avtomobilindən və bir çox yenilənmiş super-avtomobillərdən daha sürətlə başa vurub.