Adaptiv Kruiz-Kontrol qarşıdakı avtomobillə təhlükəsiz məsafəni qoruyub saxlamaq məqsədilə sürətinizi avtomatik tənzimləmək üçün radar texnologiyasını istifadə edir. Avtomobilin sürəti zəifləyərsə, Jaguar təhlükəsiz məsafəni qoruyub saxlamaq üçün sürətini azaldır. Qarşıdakı yol aydın görünən kimi avtomobiliniz öz əvvəlcədən təyin olunmuş sürətinə davam edir. Əgər qarşıdakı avtomobil tam şəkildə dayanarsa, Məsafənin Avtomatik Mühafizəsi funksiyası avtomobilinizi əngəlsiz şəkildə dayandırmaq imkanı verir. Hərəkət başlayan kimi akseleratora toxunun və avtomobiliniz yenidən qarşıda olan maşını izləyəcəkdir.
AVTONOM QƏZA TORMOZLAMASI
Qəza tormozlaması zamanı avtomobiliniz həmişə hazırdır. Əgər potensial toqquşma aşkarlanarsa, avtomobil sizə tədbir görmək üçün vaxt verərək irəli toqquşma xəbərdarlığı verəcəkdir. Əgər toqquşma hələ də gözlənilərsə və siz heç bir tədbir görməmisinizsə, Avtonom Qəza Tormozlaması sistemi mümkün təsirin kəskinlik səviyyəsini azaltmağa kömək etmək üçün əyləcləri tətbiq edəcəkdir.
ARXA FARALARIN AVTOMATİK DƏYİŞMƏSİ FUNKSİYASI
Bu sistem arxa görünüş güzgüsünün qarşısında quraşdırılmış sensordan istifadə etməklə, lazım gəldikdə arxa və yaxın faralar arasında avtomatik dəyişir.
KOR ZONALARA NƏZARƏT MONİTORU
Bizim Kor zonalara Nəzarət Monitorumuz yaxınlıqda olan və cəld kor zonalara yaxınlaşan avtomobillərlə bağlı sizə xəbərdarlıq edir. Avtomobil aşkarlandıqda, kiçik xəbərdarlıq işığı müvafiq qanaq güzgüsündə işıqlanacaqdır. Əgər maneənin istiqamətini göstərsəniz, xəbərdarlıq işığı potensial təhlükəni vurğulamaq üçün işıqlanacaqdır.
SÜRÜCÜNÜN VƏZİYYƏTİ MONİTORU
Sürücünün Vəziyyəti Monitorumuz fasilə etməli olduğunuz zaman sizə erkən xəbərdarlıq etməklə, yuxulu və ya yorğun hiss etdiyinizi bilir.
ÖN VƏ ARXA PARKLAMAYA YARDIM SİSTEMİ
Ön və Arxa Parklamaya Yardım Sistemi manevrlərin edilməsini daha asan və daha təhlükəsiz edir. Siz əksini seçdikdə, yaxud onları əllə aktivləşdirməyi seçdikdə, ön və arxa buferlərdə yerləşən sensorlar hərəkətə gəlir. Parkladığınız zaman Sensor ekran displeyi və audio əks-əlaqəsi sizin maneələrə nə dərəcədə yaxın olduğunuzu göstərir.
İNTELLEKTUAL SÜRƏT MƏHDUDLAŞDIRICISI
Aktivləşdirilən zaman İntellektual Sürət Məhdudlaşdırıcısı avtomobilinizin sürətini müvafiq şəkildə tənzimləmək üçün Yol Nişanlarının Tanınması məlumatından istifadə edir.
HƏRƏKƏT ZOLAĞININ DƏYİŞMƏSİ İLƏ BAĞLI XƏBƏRDARLIQ
Hərəkət Zolağının Dəyişməsi ilə bağlı Xəbərdarlıq uzun səfərləri daha təhlükəsiz etməyə kömək edə bilər. O, avtomobilinizin qeyri-ixtiyari şəkildə hərəkət zolağından çıxdığını hiss edir və vizual xəbərdarlıq və sükan çarxının zəif titrəməsi ilə sizə bildiriş göndərir.
ZOLAQDA HƏRƏKƏT YARDIMI
Zolaqda Hərəkət Yardımı uzun səfərləri daha təhlükəsiz etməyə kömək edə bilər. O, avtomobilinizin qeyri-ixtiyari şəkildə hərəkət zolağından çıxdığını hiss edir və zəif şəkildə sizi geri çəkir.
PARKLAMA KÖMƏKÇİSİ (PARALEL VƏ ÇIXIŞ)
Parklama Köməkçisi sistemimiz avtomobilinizi daha uyğun yerə aparmaqla dar yerdə parklamanı paralel edir. Siz sadəcə müvafiq sürəti seçməli və avtomobilin sürətini idarə etməlisiniz. Parklama Köməkçisi parklama zamanı bütün stressinizi çıxarmaqla sizi çətin vəziyyətdən çıxarır. Qrafika və bildirişlər hər iki manevrdə sizə bələdçilik edir.
PARKLAMA KÖMƏKÇİSİ (PARALEL, PERPENDIKULYAR VƏ ÇIXIŞ)
Parklama Köməkçisi sistemimiz avtomobilinizi daha uyğun yerə aparmaqla, paralel və perpendikulyar parklamanı daha da asanlaşdırır. Siz sadəcə müvafiq sürəti seçməli və avtomobilin sürətini idarə etməlisiniz. Parklama Köməkçisi parklama zamanı bütün stresinizi çıxarmaqla sizi çətin vəziyyətdən çıxarır. Qrafika və bildirişlər hər iki manevrdə sizə bələdçilik edir.
YOL NİŞANLARININ TANINMASI
Yol Nişanlarının Tanınması sistemimiz sürət limitlərini göstərməklə və onların asanlıqla görünə bildiyi yerdə alətlər panelində göstərilən işarələri ötüb keçməməkə, sizi yolda tam şəkildə məlumatlı və xəbərdar saxlayır.
ARXA PARKLAMA YARDIMI
Arxa Parklama Yardımı dar yerlərdə geri getməyi daha asan və daha təhlükəsiz etməyə kömək edir. Siz Əks hərəkəti seçəndə, arxa buferdə tapılan sensorlar avtomatik tətiklənir. Parkladığınız zaman Sensor ekran displeyi və audio əks-əlaqəsi sizin maneələrə nə dərəcədə yaxın olduğunuzu göstərir.
GERİ HƏRƏKƏTİN AŞKARLANMASI
Xüsusi olaraq, parklama platformasında geri hərəkət edən zaman faydalıdır - Geri Hərəkətin Aşkarlanması sizi avtomobilinizin hər bir tərəfindən yaxınlaşan avtomobil, piyada və ya digər təhlükələr barədə xəbərdarlıq edir. Sistem sizə audio və vizual xəbərdarlıqlarla bağlı xəbərdarlıq edəcək ki, hətta görüntünün qabağı kəsildikdə belə, arxanızda nəyin olduğunu biləsiniz.
360° PARKLAMA YARDIMI
360ᵒ Parklama Yardımı Sistemimiz dar yerlərdə hərəkət edən zaman sizə tam inam bəxş edir. Avtomobil ətrafında yerləşən sensorlar Geri istiqaməti seçimi edildikdə avtomatik olaraq işə salınır və ya avtomobilin yuxarıdan görünüşünü göstərməklə, Sensor ekranda görünən qrafiklə əllə aktivləşdirilə bilər. Parkladığınız zaman Sensor ekran displeyi və audio əks-əlaqəsi sizin maneələrə nə dərəcədə yaxın olduğunuzu göstərir.
İDARƏETMƏ PERFORMANSI
HAMSINI AÇIN
ADAPTİV DİNAMİKA
Adaptiv Dinamika sistemi saniyədə 500 dəfə avtomobilin hərəkətlərinə nəzarət edir, daha geniş şəkildə idarə etmək və sakit, rəvan gedişi təmin etməklə kuzovun yırğalanmasını minimuma endirmək üçün dərhal virtual şəkildə reaksiya verir. Adaptiv Dinamika intellektual sensorlar və davamlı olaraq dəyişən asqı amortizatorlarının birləşməsidir. Bu funksiya gediş rahatlığı və stabilliyə nəzarət üçün optimal balansı təmin edir.
ADAPTİV SƏTH REAKSİYASI (ADSR)
AdSR maksimum mövcud olan sıxacı işlətmək üçün səthlər arasında fərqləri tanıyır. Tam ötürücü sistemləri ilə Jaguar Land Rover-in misilsiz ekspertizasını çəkməklə, AdSR daima avtomobilin mühitinə nəzarət edir və müvafiq mühərrik və əyləc parametrlərini tənzimləyir. Seçilən kimi AdSR sizi kəskin hava şəraiti və çətin səthlərdə sizə yardım etmək üçün bütün sürətlərdə işləyir.
ALİMİNİUM İKİLİ ÖN LİNG ASQISI
Ön asqı sistemi üçün geniş şəkildə ən yaxşı konfiqurasiya hesab olunaraq, alüminium ikili ling dizaynı sizə dəqiq tənzimləmə və sükanı idarəetmə reaksiyası verir.
TAM ÖTÜRÜCÜ SİSTEMİ (TÖS)
Jaguar TÖS avtomobilin dinamikasını artırır və bütün hava şəraitlərində daha geniş dartı qüvvəsini təmin edir. Tam Ötürücü sistemi inamlı tənzimləmə, daxili çevikliyi təmin etməklə gözəl tarazlama ilə performans təklif edir və Jaguar-ın arxa təkər sistemini gücləndirir.
KONFİQURASİYA EDİLƏ BİLƏN DİNAMİKA
Konfiqurasiya oluna bilən Dinamika sistemi sizə performansla idarəetmə ehtiyaclarınızı qarşılamaq üçün drosselin müqayisəsi, sürət qutusunu dəyişmə nöqtələri və sükanı idarə etmək üçün dinamika qurmaq imkanı verir.
DİNAMİK STABİLLİYƏ NƏZARƏT (DSN)
Dinamik Stabilliyə Nəzarət bütün vaxtlarda avtomobilin təkər sensorlarına nəzarət edir və sürücüyə sıxac və ya stabillik çatışmamazlığı aşkarlandığı halda avtomobilin dözümlülüyünü yenidən əldə etməyə kömək edəcəkdir. Dinamik Stabilliyə Nəzarət təkərlərin hər biri və ya hər hansı birinə tormoz gücünü tətbiq edir və təhlükəsizlik və idarəetməni maksimallaşdırmaq üçün mühərrik çıxışınıın intensivliyini azaldacaqdır.
ELEKTRON AKTİV DİFFERENSİAL
Avtomobil və yol xüsusiyyətlərinə nəzarət etməklə, Elektron Aktiv Differensial arxa təkərlərin hər birinə fırlanma anının çatdırılmasını idarə etmək məqsədilə stabillik, dartı qüvvəsi və ABS sistemləri ilə işləyir. Arxa differensial kilidin tam elektron nəzarəti sistemə tam kilidləmə üçün fırlanma anını demək olar ki, dərhal tətbiq etmək imkanı verir.
TƏCİLİ ƏYLƏC YARDIMÇISI
Əgər əyləclər sürətlə tətbiq olunarsa, daha qısa dayanma məsafələri üçün bu sistem əyləc gücünü maksimuma artırır. O, həm də gözlənilməz vəziyyətlərdə daha böyük idarəetmə nəzarətini saxlamağa kömək edə bilər.
MÜHƏRRİKİN MÜQAVİMƏT ANINA NƏZARƏT (EDC)
EDC sürüşkən vəziyyətlərdə güclü mühərrik tormozlamasının səbəb olduğu təkərlərin kilidlənməsi şansını azaldır. O, müvafiq şəkildə fırlanma anını aparıcı çarxda artırmaqla hərəkət edir.
ELEKTRON GÜCLƏNDİRİCİ İLƏ SÜKANIN İDARƏ OLUNMASI (EPAS)
EPAS mühüm əks-əlaqə, nəzarət və dərhal gücləndirici ilə bağlı yardım təklif edir. O, tələbat əsasında aktivdir - sizə həqiqətən lazım olanda enerjiyə, o cümlədən yanacağa qənaət edir. Sükanın idarəolunmasına dəstək səviyyələrini adaptasiya etmək üçün yüksək səviyyədə kompüterin idarəolunmasına icazə verməklə, EPAS sizə zəif manevr zamanı sürəti dəqiq tənzimləmə imkanı verir.
HÜNDÜRLÜYƏ QALXANDA DƏYMƏNİN QARŞISINI ALMA SİSTEMİ
Avtomobillə hündürlüyə qalxan zaman sürücüyə yardım göstərmək üçün Hündürlüyə Qalxanda Dəymənin Qarşısını Alma Sistemi əyləc pedalından drosselə keçmək üçün əyləc gücünü sürücülərin ayağına kimi saxlayır, bu isə avtomobilin hərəkətinin qarşısını alır və sürücünün iş yükünü azaldır. Hündürlüyə Qalxanda Dəymənin Qarşısını Alma Sistemi həmişə mövcud olur, onun seçilməsinə ehtiyac yoxdur.
İNTELLEKTUAL ÖTÜRÜCÜ DİNAMİKASI (IDD)
Eksklüziv olaraq Jaguar tərəfindən hazırlanmış unikal IDD proqram təminatı lazım olan dartı qüvvəsini təmin etmək üçün yolda intellektual şəkildə reaksiya verməklə, mürəkkəb alqoritmləri özündə əks etdirir. Daha böyük dartı qüvvəsi tələb olunarsa, IDD düzgün fırlanma anının dəqiq şəkildə ön təkərlər üzərinə ötürülməsini - 165 millisaniyədən çox vaxt aparmayan prosesi təmin edir. Daha rəvan, daha təhlükəsiz sürmə imkanını təklif etməklə, sistem daimi AWD ilə müqayisədə daha az yanacaq sərf edir və daha az emissiyalara malik olur. İntellektual Ötürücü Dinamikası haqqında ətraflı öyrənin
INGENIUM EMÜHƏRRİKLƏRİ
Ingenium, Jaguar Land Rover-in rahat performans, gözəllik və effektivliyi üçün nəzərdə tutulmuş mühərrik növüdür. Təkmil texnologiya və bütünlükdə alüminium strukturla Ingenium olduqca az yanacaq sərfiyyatı və CO2 emissiyaları işlədir.
JAGUAR İDARƏETMƏYƏ NƏZARƏT SİSTEMİ
Mühərrikin tutuşdurulması, sürət qutuları və əyləclərin xüsusiyyətlərini dəyişdirmək üçün Dinamik Stabilliyə Nəzarət sistemi, mühərrik və ötürmənin idarəolunması ilə qarşılıqlı əlaqə yaradır. O, avtomobilin xüsusi idarəetmə vəziyyətləri və üslubuna reaksiyasını optimallaşdırmaq üçün nəzərdə tutulan müxtəlif rejimlər təklif edir.
KOMPLEKS LİNGLİ ARXA ASQI
Kompleks Lingli asqı Jaguar avtomobilinizə saf, dəbdəbəli gediş, reaktiv tənzimləmənin gözəl birləşməsini həyata keçirmək imkanı verir. Sistem təkmil nəzarət və rahatlıq üçün asqı üzərində hərəkətdə olan eninə, uzununa və şaquli gücü ayırır və müstəqil şəkildə idarə edir. Əksər komponentlər güclü, yüngül çəkili asqı üçün optimal istehsal texnikası - alüminiumdan və ya tökmə metaldan hazırlanıb.
FIRLANMA ANININ PAYLANMASI
Fırlanma Anının Paylanması texnologiyası avtomobilin dönmə gücünə əlavə etmək üçün ön və arxa təkərlərin daxilində idarə olunan müstəqil tormozlama imkanı verir. Nəticə isə daha kəskin dönmə və daha davamlı sıxma gücü üçün dönmənin asanlığıdır.
FIRLANMA ANININ PAYLANMASI
Fırlanma Anının Paylanması texnologiyası avtomobilin dönmə gücünə əlavə etmək üçün ön və arxa təkərlərin daxilində idarə olunan müstəqil tormozlama imkanı verir. Nəticə isə daha kəskin dönmə və daha davamlı sıxma gücü üçün dönmənin asanlığıdır.
QOŞQUNU STABİLLƏŞDİRMƏ SİSTEMİ (QSS)
Qoşqunu Stabilləşdirmə Sistemi dəyişkən qoşqunun səbəb olduğu narahatlıqlara görə avtomobilin stabilliyi sensorlarına nəzarət edir. Avtomobil sistemi mümkün təhlükəli vəziyyəti düzəltmək üçün fərdi əyləc gücünü təmin edir.
KUZOV TEXNOLOGİYASI
HAMSINI AÇIN
ÖN ŞÜŞƏDƏ ALƏTLƏR PANELİ DİSPLEYİ
Bu seçim qabaq şüşədə yol sürəti, sürətin mövqeyi və naviqasiya göstərişləri kimi əsas avtomobil məlumatlarını sürücünün gözlərini yoldan çəkməsinə ehtiyac olmadan təqdim edir. Dünya səviyyəli bu sistem gözəl rəng dolğunluğu, parlaqlıq və kontrastla nəticələnən holoqrafik metodları əhatə edir. Sürücü lazım gəldiyi şəkildə həmin funksiyanı yandıra və söndürə bilər.
INCONTROL
InControl sizi avtomobilinizə bağlayan və naqilsiz və təhlükəsiz şəkildə zahiri şəraitlə əlaqələndirən xidmətlər və tətbiqi proqramlar komplektidir. Hətta siz avtomobildən uzaqda olanda belə, InControl sizinlə qalır, Jaguar təcrübəsinin əvvəlkindən daha zövqverici olmasını təmin edir.
INCONTROL PROQRAMLARI
InControl Proqramları sizə cihazınızı USB portuna qoşmaqla, Sensor ekranınızda avtomobil üçün optimallaşdırılmış smartfon proqramları müxtəlifliyindən istifadə etmək imkanı verir. InControl Proqramları bir sıra geniş xidmətləri özündə əks etdirir. Bu, sizə səyahətinizi planlaşdırmaq, gününüzü və növbəti toplantını qaydaya salmaq, otel rezervasiya etmək və ətrafınızda olan dünyanı kəşf etməyə kömək edir.
INCONTROL MÜHAFİZƏSİ
Rahatlıq və İnam. InControl Mühafizəsi ağıllı Məsafədən Smartfon Proqramı, Optimallaşdırılmış Jaguar Yardımı və SOS Təcili Zəngini çatdırır.
INCONTROL TƏHLÜKƏSİZLİYİ
InControl Təhlükəsizliyi cəhd edilən oğurluqla bağlı sizə xəbərdarlıq etmək üçün izləmə texnologiyasını istifadə edir və təhlükənin qarşısını vaxtında almaq üçün avtomobilinizin yerini müvafiq orqanlara bildirir.
INCONTROL TOUCH
InControl Touch intuitiv sensor və sürüşdürməklə idarə etmək üçün 8-düymlük Sensor ekranı özündə əks etdirən yeni standart multimedia sistemidir. O, 2D və ya 3D xəritələri və səs əmrləri ilə ən son naviqasiya sistemini özündə birləşdirir. Naqilsiz telefon qoşulması, o cümlədən əhvalınıza uyğun gəlməsi üçün iqlim, əyləncə və avtomobilin idarə elementləri mövcuddur. InControl Touch əksər aktiv təhlükəsizlik xüsusiyyətləri və əlavə şərti əlavələr üçün mərkəzdir.
INCONTROL TOUCH PRO
InControl Touch Pro Jaguar-ın nə vaxtsa təklif etdiyi ən təkmil multimedia sistemidir. Adaptiv çoxtonuşlu ekran sürüşdürmə və barmaqların birləşdirilməsi jestlərini dəstəkləyir və bizin ən zəngin audio-vizual əyləncə sistemimizi təqdim edir. Sonradan təcrübəni təkmilləşdirmək üçün həm də tam şəkildə fərdiləşdirilə bilən əsas ekran, o cümlədən təbii səslə idarəetməni dəstəkləyən, izləmə seçimi üçün "bunun kimi daha çox şey" kimi əmrlər mövcuddur. 10GB-lik güclü yaddaş (SSD) media yaddaşı kimi nəzərdə tutulub, o cümlədən Gracenote albom incəsənətinin göstərilməsinə imkan yaradır.
MERIDIAN SƏS SİSTEMLƏRİ
Britaniyanın audio ekspertləri Meridian ilə birgə Jaguar üçün nəzərdə tutulmuş üç audio sistem geniş performans təklif edir: Meridian 380W Rəqəmsal Səs Sistemi, Meridian 825W Rəqəmsal Ətraf Səs Sistemi və Meridian Reference 1300W Rəqəmsal Səs Sistemi. Bütün xüsusiyyətləri təkmil texnologiya, o cümlədən gözəl stereo və ya bütün salonda ətraf səs yaratmaq və sistemin hər bir elementini optimallaşdırmaq üçün Rəqəmsal Siqnal Prosessoru (DSP) proqram təminatı, o cümlədən musiqinizin aydınlığı və səhih şəkildə reproduksiyasını nəzərəçarpacaq dərəcədə təkmilləşdirmək üçün Meridian Salon Korreksiyası.
SAHİBLİK
HAMSINI AÇIN
ADBLUE®
Jaguar-ın dizel modelləri buraxılan qazları təmizləməyə kömək etmək üçün AdBlue® ilə təchiz olunub. AdBlue® zərərli azot oksidi emissiyalarını çıxarmaq üçün avtomobilin çıxış sistemində olan qazları təmizləyən zəhərli olmayan, alışmayan, bioloji cəhətdən parçalanan aşqardır.
İŞLƏNMİŞ DİZEL QAZLARININ TƏMİZLƏNMƏSİ ÜÇÜN MAYE (DEF)
DEF, həm də AdBlue®, AUS 32 və ARLA 32 kimi tanınan, zəhərli olmayan, rəngsiz, iysiz və alışmayan mayedir. Avtomobilinizin lazımi çənində saxlanan DEF buraxılan qazları təmizləmək üçün çıxış sisteminə vurulur.
TƏHLÜKƏSIZLIK VƏ PRAKTİKLİK
HAMSINI AÇIN
FƏALİYYƏT AÇARI
Fəaliyyət Açarı həyatı dolğun və daha asan yaşamağa kömək edir. Bilərzik möhkəm və tam şəkildə suya davamlıdır. O, sizə paraşütlə tullanmadan tutmuş çimməyə kimi bir sıra fəaliyyətlərdən həzz almaqda kömək edir və avtomobil açarınızı üstünüzdə saxlayır. Standart açar cibliyi avtomobilin içərisində qala bilər, belə ki, təhlükəsizlik məqsədləri üçün o, qeyri-aktiv edilir.
ARXA BORTUN JESTLƏ AÇILMASI
Sadəcə olaraq ayağınızı avtomobilin arxa cinahlarından birinin altına qoyun və arxa bort açılır və ya bağlanır.