CASTROL EDGE PROFESSIONAL

CASTROL EDGE PROFESSIONAL

JAGUAR TƏRƏFİNDƏN EKSKLÜZİV OLARAQ TÖVSİYƏ EDİLƏN
CASTROL EDGE PROFESSİONAL

Castrol® Jaguar şirkətinin sürtgü yağlarının təchizatı üzrə qlobal tərəfdaşı olduğundan hər bir Jaguar mühərriki Castrol sürtgü yağı ilə həyata başlayır. Bu, həm də Jaguar müştərilərinin mühərrikin texniki qulluğu zamanı onun quraşdırıldığı vaxtdakı keyfiyyətini əldə etməsini təmin edir.

CASTROL EDGE PROFESSIONAL
FILMI IZLƏYIN
JAGUAR DİLERLƏRİNDƏ MÖVCUDDUR

JAGUAR DİLERLƏRİNDƏ MÖVCUDDUR

1989-cu ildə Castrol və Jaguar Le-Manda keçirilən 24 saatlıq yarış üçün sürtgü yağının hazırlanması üzərində birlikdə işləyirdi. Hazırda Castrol 11 ildən çoxdur, Jaguar şirkətinin sürtgü yağları üzrə rəsmi texnoloji tərəfdaşıdır. Bu şirkət bizi xüsusi olaraq hazırlanmış Castrol Professional sürtgü yağları ilə təchiz edir. Əslində, şirkətin geniş məhsul çeşidi xüsusi olaraq Jaguar avtomobillərinin tələbləri üçün müştərək olaraq hazırlanıb. Castrol EDGE® Professional Jaguar tərəfindən eksklüziv olaraq tövsiyə edilir.
MÜHƏRRİKİNİZ ÜÇÜN DOĞRU YAĞI HAZIRLAMAQ ÜÇÜN ƏMƏKDAŞLIQ

MÜHƏRRİKİNİZ ÜÇÜN DOĞRU YAĞI HAZIRLAMAQ ÜÇÜN ƏMƏKDAŞLIQ

Jaguar mühəndisləri və Castrol texnoloqları yaxından əməkdaşlıq edərək xüsusi olaraq Jaguar mühərrikləri üçün hazırlanmış sürtgü yağları yaradıb. Bu əməkdaşlıq yanaşması Castrol Professional yağlarının hazırlanarkən Jaguar mühərriklərində geniş şəkildə sınaqdan keçirilməsini göstərir. Bu, mükəmməl istismar keyfiyyətləri, yanacağa qənaətin təkmilləşdirilməsi və CO2 emissiyalarının səviyyəsinin azalmasına nail olmaq üçün hər iki texnologiyanı optimallaşdırmağa kömək edib.
TƏQDİM ETDİYİMİZ ƏN GÜCLÜ YAĞ TİTAN GÜCÜNƏ MALİKDİR.

TƏQDİM ETDİYİMİZ ƏN GÜCLÜ YAĞ TİTAN GÜCÜNƏ MALİKDİR.

Castrol EDGE Professional yağın yaratdığı təbəqənin möhkəmliyini ikiqat artıran TITANIUM FSTTM ilə gücləndirilmişdir. Yağ təbəqəsinin həmcinsliyinin pozulmasının qarşısının alınması sürtünməni azaltmışdır, bu isə mühərrikin istismar keyfiyyətlərini maksimum həddinə çatdırmağa kömək etmişdir. Metal hissələr arasında təmasın azaldılması baxımından əsas rəqibin məhsulundan 45 faizə qədər daha güclü* olan bu sürtgü yağı Jaguar sürücülərinin ehtiyac duyduğu yüksək səviyyəli xarakteristikalara nail olmağa imkan verir.
DÜNYADA CO<sup>2</sup> EMİSSİYALARININ NEYTRAL SƏVİYYƏDƏ OLDUĞU İLK MÜHƏRRİK YAĞI

DÜNYADA CO2 EMİSSİYALARININ NEYTRAL SƏVİYYƏDƏ OLDUĞU İLK MÜHƏRRİK YAĞI

Castrol EDGE Professional dünyada CO2 emissiyalarının neytral səviyyədə olduğu ilk sertifikatlaşdırılmış mühərrik yağıdır. Yağın hər bir litri ən yüksək qlobal standartlara müvafiq olaraq CO2 emissiyalarının neytral səviyyədə olması üçün sertifikatlaşdırılmışdır. 2014-cü ildə Castrol şirkətinin məhsullarının bütün həyat dövründə karbon izinin azaldılmasına yönəlmiş siyasətinin sayəsində bütün dünyada 200 000 ton CO2 neytrallaşdırılıb. Castrol şirkətinin istehsal prosesində meydana çıxan hər hansı CO2 tullantıları Keniyada yenidən meşələrin salınması, Çində təmiz elektrik hasilatı və Yeni Kaledoniyada külək fermaları kimi karbon emissiyalarının azaldılmasına yönəlmiş layihələrə investisiya qoyulması yolu ilə kompensasiya edilir.

CASTROL EDGE PROFESSIONAL: JAGUAR DİLERLƏRİNDƏ MÖVCUDDUR

Jaguar mühərriklərimizə mükəmməl olaraq uyğun gələn və istismar keyfiyyətlərini optimallaşdıran Castrol EDGE Professional yağlarını eksklüziv olaraq tövsiyə edir. Castrol EDGE Professional Jaguar dilerləri tərəfindən təchiz edilir.

*"Castrol"un dəyişən sürətli şərtlərdə keçirilmiş maye konsentrasiyası sınağında TITANIUM FSTTM ilə gücləndirilmiş "Castrol EDGE Professional" sürtgü yağı əsas rəqibin məhsulu ilə müqayisədə metal hissələr arasında 45% daha az təmas yaranmasına səbəb olmuşdur. Bu sınaqdan keçən məhsul 2012-ci il üçün satış həcmimizin 61%-ni təşkil edir.