ŞƏRTLƏR

ŞƏRTLƏR

jaguar.com veb-saytı Jaguar Land Rover Limited şirkəti tərəfindən işlədilir. Qeydiyyatdan keçmiş Ofis: Abbey Road, Whitley, Coventry CV3 4LF. İngiltərədə qeydiyyatdan keçib Nömr: 1672070
Jaguar bu saytda verilən məlumatın düzgünlüyünü təmin etmək üçün əlindən gələni edib.


Jaguar daima avtomobillərin spesifikasiyaları, dizaynı və istehsalını təkmilləşdirmək üçün üsullar axtarır və dəyişikliklər davamlı olaraq baş verir. Ən müasir məhsul və spesifikasiyaları istehsal etmək üçün hər bir cəhd sınaqdan keçirildiyindən bu sayt Jaguar avtomobilinin məhsulları və xidmətləri üzrə səhvsiz təlimat hesab olunmamalıdır, nə də o, hər hansı xüsusi avtomobilin satışı üçün təklifi ehtiva etmir. Distribütorlar və dilerlər Jaguar-ın agentləri deyil və onların tamamilə Jaguar-ı hər hansı açıq və ya nəzərdə tutulan öhdəlik və ya təmsilçiliklə əlaqələndirmək hüququ yoxdur. Bu saytda sürət və ya performansla bağlı olan hər hansı istinad avtomobili ya təhlükəli şəkildə, ya da yerli limitləri keçən sürətlərlə sürmək üçün ruhlandırma kimi qəbul olunmamalıdır.


Yanacağa Qənaətlə bağlı bütün məlumatlar mövcud Avropa qanunvericiliyinə uyğun olaraq ölçülüb. Adi şəkildə istifadə zamanı avtomobilin faktiki yanacaq sərfiyyatı avtomobili idarəetmə vasitəsindən, yol və hərəkət şərtlərindən, ətraf mühit amillərindən və avtomobilin vəziyyətindən asılı olaraq test proseduru ilə əldə olunan sərfiyyatdan fərqli ola bilər. Əgər hər hansı şübhə yaranarsa, xahiş olunur ki, dilerinizlə məsləhətləşəsiniz; verilən məlumat dərc olunan zaman düzgün olur.


Yolda qiymətlər avtomobilin tövsiyə olunan pərakəndə satış qiyməti, dilerə çatdırma, ƏDV, 12 aylıq Hökumətin Yol Rüsumlarının Ödənilməsi ilə bağlı Sənədi, Avtomobilin İlk Qeydiyyatı ilə bağlı Dövlət Rüsumu və nömrə üçün hesablanmış xərcdən ibarətdir.


Seçim Qiymətləri yeni avtomobilin təchizatına qoyulur. Jaguar-ın apardığı siyasət davamlı məhsul inkişafının bir hissəsidir. Bu veb-saytda göstərilən və təsvir olunan model və əşyaların spesifikasiyaları, rəngləri və qiymətlərini istənilən vaxt dəyişdirmək hüququ qorunub saxlanır.


Son yenilənmə zamanı qeyd olunmuş məlumat, təfərrüatlar və təsvirlərin düzgün olduğunu təmin etmək üçün əlimizdən gələni etmişik. Hər hansı anlaşılmazlıqlara yol verməmək üçün sifarişinizi etməmişdən öncə həmişə Jaguar dilerinizlə avtomobilin spesifikasiyalarını yoxlamağınızı məsləhət görürük.


Jaguar.com veb-saytı bir neçə bazar versiyasını ehtiva edir. Bazar saytlarına Jaguar.com-un əsas səhifəsində dil seçimi səhifəsi vasitəsilə daxil olmaq mümkündür.


Hər bir veb-saytda verilən məlumat hər bir avtomobilin bazar spesifikasiyaları və satışsonrası xidmətlərlə bağlıdır. Avtomobillə bağlı məlumat bazar səviyyəsində müxtəlif ola bilər. Bu veb-saytda heç nə Jaguar Land Rover və ya Jaguar Dilerləri tərəfindən hər hansı xüsusi avtomobili satmaq üçün təklifi ehtiva etmir.


Göstərilən rəng nümunələri mövcud olan çalarlar üçün yalnız ümumi göstəricidir. Təəssüflər olsun ki, biz burada avtomobillərimizin yüksək keyfiyyətli boyama səthlərini göstərə bilmirik
jaguar.com veb-saytı Jaguar Land Rover Limited tərəfindən işlədilir. Qeydiyyatdan keçmiş Ofis: Abbey Road, Whitley, Coventry CV3 4LF. İngiltərədə qeydiyyatdan keçib Nömrə: 1672070
Jaguar bu saytda verilən məlumatın düzgünlüyünü təmin etmək üçün əlindən gələni edib.


Jaguar daima avtomobillərin spesifikasiyaları, dizaynı və istehsalını təkmilləşdirmək üçün üsullar axtarır və dəyişikliklər davamlı olaraq baş verir. Ən müasir məhsul və spesifikasiyaları istehsal etmək üçün hər bir cəhd sınaqdan keçirildiyindən bu sayt Jaguar avtomobilinin məhsulları və xidmətləri üzrə səhvsiz təlimat hesab olunmamalıdır, nə də o, hər hansı xüsusi avtomobilin satışı üçün təklifi ehtiva etmir. Distribütorlar və dilerlər Jaguar-ın agentləri deyil və onların tamamilə Jaguar-ı hər hansı açıq və ya nəzərdə tutulan öhdəlik və ya təmsilçiliklə əlaqələndirmək hüququ yoxdur. Bu saytda sürət və ya performansla bağlı olan hər hansı istinad avtomobili ya təhlükəli şəkildə, ya da yerli limitləri keçən sürətlərlə sürmək üçün ruhlandırma kimi qəbul olunmammalıdır.


Yanacağa Qənaətlə bağlı bütün məlumatlar mövcud Avropa qanunvericiliyinə uyğun olaraq ölçülüb. Adi şəkildə istifadə zamanı avtomobilin faktiki yanacaq sərfiyyatı avtomobili idarəetmə vasitəsindən, yol və hərəkət şərtlərindən, ətraf mühit amillərindən və avtomobilin vəziyyətindən asılı olaraq test proseduru ilə əldə olunan sərfiyyatdan fərqli ola bilər. Əgər hər hansı şübhə yaranarsa, xahiş olunur ki, dilerinizlə məsləhətləşəsiniz; verilən məlumat dərc olunan zaman düzgün olur.


Biz saytımızda verilən məlumatın düzgün, dolğun və yenilənmiş olduğunu təmin etməyə çalışırıq. Bu saytdan istifadə etməklə, siz saytdan ilk dəfə istifadə etdiyiniz tarixdə qüvvəyə minən Şərtlərə əməl etməyə razılaşırsınız.
Qanuni hüquqlarınızı istisna etmədən, sayt və bütün məlumatlar, mətn, adlar, təsvirlər, şəkillər, loqolar, keçidlər və nişanlar və digər materiallar (məhdudiyyət qoyulmadan) açıq və ya nəzərdə tutulan şəkildə hər hansı zəmanət və ya təsdiqləmə təqdim etmədən, "OLDUĞU KİMİ" və "MÖVCUD OLDUĞU" əsaslarla təqdim olunur . Bu veb-saytda olan məlumatlar, spesifikasiya və rənglər bazardan bazara fərqli ola bilər və bildiriş verilmədən dəyişdirilə bilər. Bəzi avtomobillər şərti avadanlıqla göstərilir. Onun mövcud olub-olmadığını öyrənmək üçün Jaguar Dilerinizlə məsləhətləşməyiniz xahiş olunur. Xüsusən də biz, nə bu veb-saytda təqdim olunan məlumatın düzgünlüyü və ya tamlığı ilə bağlı təminat veririk və ya təqdim edirik, nə də bu saytın dayanmadan işləməsi və ya xətasız olması, yaxud sayt və ya serverlərinin kompüter virusları və ya səhvlərdən uzaq olması ilə bağlı zəmanət veririk.


Heç bir halda Jaguar sayt və ya saytımızda göstərilən məhsullarımızın ehtiva etdiyi hər hansı məlumatdan istifadə nəticəsində yarana bilən hər hansı zərər və ya itkiyə görə hər hansı şəxs qarşısında öhdəlik daşımayacaq, bura həm də hər hansı dolayı və ya təsadüfi zərərlər, istifadə nəticəsində yaranan hər hansı zərərlər, yaxud müqavilə qüvvədə olan vaxt məlumat və ya gəlir itkisi, etinasızlıq və ya saytın istifadəsi nəticəsində və ya bununla bağlı yaranan digər qanunsuz hərəkət daxildir. Bu Şərtlərdə qeyd olunanlardan asılı olmayaraq, biz bu saytın funksionallığı və ya mümkünlüyü ilə bağlı iddialar üçün məsuliyyət daşımayacağıq.


Jaguar-ı müəyyən edən bütün adlar, təsvirlər, loqolar Jaguar-ın firma nişanlarıdır. Bu saytda verilən bütün üçüncü tərəf brendi, məhsulu, xidməti və şirkət adları müvafiq sahiblərinin əmtəə nişanları, xidmət nişanları və ticarət adlarıdır. Jaguar sahiblərindən başqa onun hər hansı digər şəxs tərəfindən istifadəsinə icazə vermir. Bu cür hər hansı istifadə sahiblərin hüquqlarının pozulmasını ehtiva edə bilər.


- iPod®, iPhone™ və iPod touch® ABŞ və digər ölkələrdə qeydiyyatdan keçmiş Apple Computer, Inc. şirkətinin əmtəə nişanlarıdır.
- Dolby®, Dolby Laboratories-in qeydiyyatdan keçmiş əmtəə nişanıdır və Jaguar Land Rover Limited şirkəti yalnız lisenziya əsasında bu cür nişanlardan istifadə edə bilər.
- DTS™, DTS Inc. şirkətinin qeydiyyatdan keçmiş əmtəə nişanıdır və Jaguar Land Rover Limited şirkəti yalnız lisenziya əsasında bu cür nişanlardan istifadə edə bilər.
- Bluetooth® söz nişanı və loqolarının sahibi Bluetooth SIG şirkətidir. Inc və bu cür hər hansı nişanlardan Jaguar Land Rover Limited şirkəti yalnız lisenziya əsasında istifadə edə bilər.
- Blackberry®, Research In Motion Limited şirkətinin əmtəə nişanıdır və ABŞ-da qeydiyyatdan keçib və başqa ölkələrdə gözlənə və ya qeydiyyatdan keçə bilər.
- Audyssey MultEQ® , Audyssey Laboratories, Inc şirkətinin əmtəə nişanıdır və bu cür hər hansı nişanlardan Jaguar Land Rover Limited şirkəti yalnız lisenziya əsasında istifadə edə bilər.
- Bi-Xenon™, Hella KgaA Hueck & Co şirkətinin qeydiyyatdan keçmiş əmtəə nişanıdır.
- WhiteFire®, Unwired Technology MMC-nin qeydiyyatdan keçmiş əmtəə nişanıdır və bu cür hər hansı nişanlardan Jaguar Land Rover Limited şirkəti yalnız lisenziya əsasında istifadə edə bilər.


Jaguar bu saytla əlaqələndirilən və ya bu saytdan keçilən hər hansı xarici saytlara görə öhdəlik təqdim etmir, təminat vermir, təsdiq etmir və ya daşımır. Sizin bu saytda keçid vasitəsilə klikləməklə daxil olduğunuz hər hansı xarici sayt Jaguar-ın nəzarəti xaricindədir və siz tam olaraq öz riskiniz çərçivəsində ona daxil olursunuz.


Bu saytdan proqram təminatı yükləmələri əsaslı şəkildə skanlanıb və istehsalatın bütün mərhələlərində yoxlamadan keçirilib, lakin bütün yeni proqram təminatında olduğu kimi istifadə etməmişdən əvvəl virus yoxlayıcısını icra etməyiniz tövsiyə olunur. Biz həmçinin proqram təminatını istifadə etməmişdən əvvəl sərt diskinizin yenilənmiş ehtiyat nüsxəsini çıxarmağınızı tövsiyə edirik. Jaguar proqram təminatından istifadə etdiyiniz zaman baş verə bilən, verilənlər və ya kompüter sisteminizdə məlumatların hər hansı şəkildə korlanması, zədələnməsi və/yaxud itkisinə görə məsuliyyəti qəbul edə bilməz. Şəbəkəsi olan kompüterdə hər hansı proqram təminatını quraşdırmazdan əvvəl şəbəkə inzibatçınızla əlaqə saxlayın.


Bu Şərtlər İngiltərə və Uelsin qanunlarına uyğun olaraq idarə olunacaq və izah olunacaqdır. Burada yaranan mübahisələr müstəsna şəkildə İngiltərə və Uels məhkəmələrinin yurisdiksiyası ilə tənzimlənəcəkdir. Əgər bu Şərtlərdən hər hansı birinin qanunsuz, etibarsız, yaxud bu Şərtlərin qüvvədə olmasının nəzərdə tutulduğu hər hansı ştat və ya ölkənin qanunlarına görə qüvvədən düşməsi müəyyənləşdirilərsə, o, bu müddəadan uzaqlaşdırılacaq və silinəcəkdir. Bütün digər İstifadə Şərtləri və Şərtlər tam qüvvədə qalacaq və vacib, qüvvədə olan kimi davam etdiriləcəkdir. Jaguar dəyişiklikləri onlayn dərc etməklə, bu şərtlərdən hər hansı birini dəyişdirmək hüququnu qoruyub saxlayır.


Əgər bu Şərtləri tam şəkildə qəbul etməsəniz, siz dərhal bu veb-saytdan istifadəni dayandırmalısınız.


Copyright © 2013 Jaguar Land Rover Limited