F‑PACE SVR

F‑PACE SVR

5,0 litrlik, üfürməli V8 mühərrikinə malik olan və ən yüksək sürəti 283 km/saata çatan F PACE SVR Jaguar brendinin möhtəşəm gücə malik yolsuzluq avtomobilidir.

"Special Vehicle Operations" (Xüsusi Avtomobil Əməliyyatları (SVO)) mərkəzinin məhsulu ola Jaguar idman avtomobilləri məşhur Britaniya brendinin istismar keyfiyyətlərinin bariz ifadəsidir. Hər bir avtomobil həyəcanverici istismar keyfiyyətləri, fövqəladə dəbdəbəsi və müasir texnologiyaları ilə Jaguar brendinin ən gözəl xüsusiyyətlərini özündə təcəssüm etdirir. SVO-nun müasir texniki mərkəzinin ən yeni məhsulu maksimal istismar keyfiyyətlərinə nail olmuş Jaguar F PACE SVR yolsuzluq avtomobili olacaq.

PERFORMANS LÜKS

PERFORMANS LÜKS

F PACE SVR 5 oturacağı olan yolsuzluq avtomobillərinin bütün praktiklik universallığını özündə birləşdirən misilsiz gücə malik avtomobildir. Yumşaq rombşəkilli naxışlara malik ön və arxa yarış oturacaqları, perforasiyalı "Windsor" dərisi hər bir döngədə mükəmməl rahatlıq və dəstək vəd edir.

PERFORMANS

HƏYƏCANVERİCİ SƏS

HƏYƏCANVERİCİ SƏS

F PACE SVR avtomobilinin 5,0 litrlik üfürməli V8 mühərriki yarış avtomobillərindən ilham almış dərin və effektli səs çıxarır. Mühərrik işə salınarkən gələn həyəcanverici səsdən zövq alın.

F PACE SVR-NİN FƏRQLİ XÜSUSİYYƏTLƏRİ

YÜKSƏK XARAKTERİSTİKALI ƏYLƏCLƏR

YÜKSƏK XARAKTERİSTİKALI ƏYLƏCLƏR

F PACE SVR avtomobilinin yüksək xarakteristikalara malik olan əyləc sistemi başlanğıc xüsusiyyətinin tədricən itirilməsinə mükəmməl müqaviməti sayəsində xüsusilə də yüksək sürətdə hərəkət zamanı təkrar əyləci basarkən sürətli və dəqiq reaksiya verir.
HİSSLƏRİNİZİ YARIŞA ÇIXARIN

HİSSLƏRİNİZİ YARIŞA ÇIXARIN

F TYPE avtomobilinin tənzimlənən klapanlı aktiv işlənmiş qazların ixracı sistemi gözoxşayan üslub və hiss edə biləcəyiniz istismar keyfiyyətləri üçün pardaqlanmış alüminiumdan hazırlanmış dörd ixrac qaz borusu ilə təchiz edilib.
MÖHÜRLÜ (LOQO NİŞANLI) YÜNGÜL LEHİMLİ DİSKLƏR

MÖHÜRLÜ (LOQO NİŞANLI) YÜNGÜL LEHİMLİ DİSKLƏR

Mükəmməl vizual görünüşə malik yüngül lehimli disklər F PACE SVR avtomobilinin idman ustalığını vurğulayır. Almaz təraşlı işlənməyə malik 21 düym möhürlü yüngül lehimli diskləri, ya da Almaz təraşlı işlənməyə və ya parlaq qara işlənməyə malik 22 düym möhürlü yüngül lehimli diskləri seçin.
SPORTSHIFT SELECTOR

SPORTSHIFT SELECTOR

SportShift Selector əllə edilən dəyişiklikləri sürətlə həyata keçirməyə imkan verir, sadə və istifadəsi asandır, F PACE SVR avtomobilinin idman üslubuna rəng qatır.
SƏRNİŞİNLƏR ÜÇÜN OTURACAQLAR

SƏRNİŞİNLƏR ÜÇÜN OTURACAQLAR

Sərnişin kimi istər öndə, istərsə də arxada oturun - yüksək səviyyəli, perforasiyalı Windsor dərisi ilə örtülmüş yarış oturacaqlarına toxunduğunuz andan F PACE SVR avtomobilinə bağlanırsınız. Arxada ayaq və dizlər üçün yer bütün F PACE seriyasında olduğu kimi müvafiq olaraq 945 mm və 65 mm təşkil edir.
KAPOTUN VENTİLYASİYA DEŞİKLƏRİ

KAPOTUN VENTİLYASİYA DEŞİKLƏRİ

F PACE SVR avtomobilinin kapotda optimal mövqedə yerləşdirilmiş ventilyasiya dəlikləri hava axını və soyutmanı yaxşılaşdırır. Onlar radiatordan keçən havanın daha təmiz çıxmasına imkan verir və mühərrik bölməsində hava axınının saxlanmasına kömək edir.

İDEAL İSTİSMAR KEYFİYYƏTLƏRİ ÜÇÜN YARADILIB

F PACE modellərinin dəbdəbəsi və praktikliyi dəyişilməz olaraq qalır. Lakin aerodinamikanın yüksəlməsi sayəsində F PACE SVR avtomobilin əsl potensialını üzə çıxarır.

MAKSİMAL SOYUTMA

MAKSİMAL SOYUTMA

F PACE SVR avtomobilinin ön bamperindəki genişləndirilmiş hava yığanlar və kapotda optimal mövqedə yerləşdirilmiş ventilyasiya dəlikləri hava axını və soyutmanı yaxşılaşdırır.
MÜHƏRRİKİN TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

MÜHƏRRİKİN TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Tam alüminium, 550PS, 5,0 litrlik, üfürməli V8 benzin mühərriki F PACE SVR-i F PACE seriyasının ən güclü avtomobili edir.
DİNAMİK DETALLAR

DİNAMİK DETALLAR

Dinamik rejim F PACE SVR avtomobilinin idman xarakterini canlandırır. O, drosselin reaksiyasını sürətləndirir, sükan idarəsinin çəkisini artırır və mühərrikin daha yüksək sürətlərində ötürmələri həyata keçirir.
PERSONALİZƏ F‑PACE SVR

PERSONALİZƏ F‑PACE SVR

F PACE idarəetmə həyəcanını praktiklik və səmərəliliklə bir araya gətirən güclü yolsuzluq avtomobilidir. Təklif etdiyimiz konfiquratorla sizin üçün ideal olan F‑PACE avtomobilini yaradın.
ÖZ AVTOMOBİLİNİZİ QURUN
SEÇİMLƏR VƏ JAGUAR ÖTÜRMƏ SİSTEMİ

SEÇİMLƏR VƏ JAGUAR ÖTÜRMƏ SİSTEMİ

Premium seçimlər və aksesuarlarla F PACE SVR avtomobilini daha da fərdiləşdirin.

KİTABÇANI ENDİRİN

Daha ətraflı məlumat əldə etmək istəyirsiniz? F PACE SVR haqqında daha ətraflı məlumat almaq üçün ən son broşürü buradan endirin.

Bütün rəqəmlər istehsalçının hədəfləndiyi rəqəmlərdir və istehsala başlamazdan əvvəl yekun olaraq təsdiq edilməlidir. Qeyd etmək lazımdır ki, CO2 və yanacağa qənaət göstəriciləri təkərin quraşdırılmasından asılı olaraq dəyişə bilər və standart təkərlərlə ən aşağı göstəricilərə nail olmaq mümkün deyil.