Ödənişsiz InControl Yenilənməsi

Yeni funksiyalar, simsiz proqram yeniləmələri və Smartfon Paketi əlavə edin.

InControl Touch Pro sistemləri üçün ən son yeniləmə yeni funksiyalar və yeni sensor ekran interfeysi təqdim edir. Bu yeniləmə uyğun avtomobillər üçün ödənişsizdir və Smartphone Pack ilə yanaşı uzaqdan proqram təminatı yeniləmələrini də əhatə edir.

“SMARTPHONE PACK”

“SMARTPHONE PACK”

Smartphone Pack ilə smartfonunuzun ekranını avtomobilinizin məlumat-əyləncə sistemində əks etdirə bilərsiniz. Smartphone Pack-ə daxil olan tətbiqlər:
* Apple CarPlay®
* Android Auto™
* Baidu CarLife™

Apple CarPlay® və Android Auto™ tərəfindən təqdim olunan xidmətlər ölkənizdə funksiyaların əlçatanlığından asılıdır. Daha ətraflı məlumat üçün Apple CarPlay®Android Auto™ veb saytlarına daxil olun.
SİMSİZ PROQRAM TƏMİNATI YENİLƏNMƏSİ SALAK

SİMSİZ PROQRAM TƏMİNATI YENİLƏNMƏSİ SALAK

Son yeniləməni əldə etmək sadədir və bunu yerli rəsmi satış mərkəzində həyata keçirmək mümkündür. Yeniləmədən sonra avtomobilinizin sistemlərini simsiz proqram təminatı yeniləmələri vasitəsilə daha da optimallaşdıra bilərsiniz – Wi-Fi və ya SİM kartdan istifadə etməklə və rəsmi satış mərkəzinə müraciət etmədən. Proqram təminatı yeniləmələri InControl Touch Pro kimi əsas sistemləri aktual vəziyyətdə saxlayır və Jaguar avtomobilinizdən maksimum faydalanmağınıza imkan verir.

NECƏ FAYDALANMAQ OLAR

Jaguar avtomobilinizin bu proqram təminatı yeniləməsinə uyğun olub-olmadığını öyrənmək üçün rəsmi satış mərkəzi ilə əlaqə saxlayın. Rəsmi satış mərkəzi avtomobilinizin model ilini, məlumat-əyləncə sistemini və istifadəçi interfeys panelini yoxlayaraq yeniləməyə uyğunluğunu təsdiqləyəcək.

AVTOMOBİLİNİZİN MODEL İLİ

RƏSMİ SATIŞ MƏRKƏZİNİ İLƏ ƏLAQƏ SAXLAYIN