Remote tətbiqi1,2 sizə Jaguarınızın statusu, təhlükəsizliyi və sağlamlığı haqqında birbaşa smartfonunuzdan məlumat və nəzarət imkanı verir.
Remote abunəlik paketiniz vasitəsilə əldə edilə bilər.
![]() APPLE IOS & ANDROID ÜÇÜN YÜKLƏYİN |
Qapıları kilidləyin və ya açın, xəbərdarlıq siqnalını aktivləşdirin, yan güzgüləri qatlayın, şüşələri bağlayın və fövqəladə xəbərdarlıq işıqlarını yandırın — bütün bunları sadəcə bir düymə ilə edə bilərsiniz.
Əgər avtomobilinizin xəbərdarlıq siqnalı işə düşərsə, smartfonunuza bildiriş göndəriləcək və siz siqnalı dərhal söndürə biləcəksiniz.
1Əksər AndroidTM və AppleTM iOS smartfonları üçün Apple App Store və ya Google Play vasitəsilə yükləmək mümkündür. Jaguar Remote tətbiqi şəbəkə bağlantısı, uyğun smartfon, InControl hesabı və Remote abunəliyi tələb edir. Mövcut funksiyadan ilkin abunəlik müddətindən sonra istifadəni davam etdirmək üçün abunəliyinizi yeniləməli və müvafiq yeniləmə haqqını ödəməlisiniz.
2InControl funksiyaları, seçimləri və onların mövcudluğu bazara görə fərqlənir – yerli bazar mövcudluğu və tam şərtlər barədə məlumat üçün dilerinizlə əlaqə saxlayın. Bəzi funksiyalar dileriniz tərəfindən məsləhət verilən ilkin müddətdən sonra əlavə abunəlik tələb edən uyğun məlumat paketi olan SIM kartı tələb edir. Mobil əlaqə bütün yerlərdə təmin edilə bilməz. InControl texnologiyası ilə bağlı göstərilən məlumatlar və şəkillər, seçilmiş variantlara görə proqram yeniləmələrinə, versiya nəzarətinə və digər sistem/vizual dəyişikliklərə tabedir. Tam şərtlər və quydaqlara burada baxabilirsiniz.
3Yalnız bəzi bazarlarda mövcuddur.
4InControl Remote və InControl hesabı tələb olunur. Mövcut funksiyadan ilkin abunəlik müddətindən sonra istifadəni davam etdirmək üçün abunəliyinizi yeniləməli və müvafiq yeniləmə haqqını ödəməlisiniz.