MOBİLLİK ZƏMANƏTİ

98133

SİZİN TƏYİN ETDİYİNİZ QRAFİKƏ UYĞUN GƏLƏN XİDMƏT

Vaxtınız dəyərlidir və biz həyat tərzinizə uyğun çevik və rahat xidmətlər təqdim etməyə çalışırıq. Aşağıda təklif olunan xidmətlərlə tanış olun. Nəzərə alın ki, bu xidmətlər satış nöqtəsindən asılı olaraq dəyişə bilər. Ətraflı məlumat almaq üçün rəsmi satış mərkəzi ilə əlaqə saxlayın.

Gözlədiyiniz müddətdə sınayın

Gözlədiyiniz müddətdə sınayın

Zəruri texniki xidməti sakit və zərif bir təcrübəyə çevirin. Xüsusi olaraq hazırlanmış müştəri gözləmə zonalarımız rahatlıq və səmərəliliyi birləşdirən yüksək səviyyəli məkan təqdim edir:


Ödənişsizyüksək sürətli Wi-Fi ilə fərdi iş sahələri


Çap və rəqəmsal media seçimi


Ən son Jaguar aksesuarları və həyat tərzi məhsullarının nümayiş olunduğu stendlər


Hər zövqə uyğun ödənişsiz içkilər və yüngül ikramlar


Jaguarınız mütəxəssislər tərəfindən qulluq edilərkən, markanın ruhu ilə yenidən əlaqə qurmaq, dincəlmək və enerji toplamaq imkanından yararlanın.

Avtomobilin götürülməsi və təhvil verilməsi

Avtomobilin götürülməsi və təhvil verilməsi

Seçdiyiniz ünvandan Jaguar avtomobilinizin götürülməsi və servis işləri tamamlandıqdan sonra geri qaytarılması rahatlığından yararlanın. Nəzərə alın ki, bu xidmət üçün rəsmi mərkəz tərəfindən əlavə ödəniş tələb oluna bilər.
Yüksək səviyyəli taksi xidməti

Yüksək səviyyəli taksi xidməti

Seçdiyiniz ünvana ödənişsiz və komfortlu nəqliyyat xidmətindən yararlanın.
Şəxsi sürücü xidməti

Şəxsi sürücü xidməti

Xüsusi Jaguar avtomobilində peşəkar şəxsi sürücülər tərəfindən idarə olunan rahat və problemsiz səyahət etmə təcrübəsini sınayın.
Əvəzedici avtomobillər

Əvəzedici avtomobillər

Peşəkar şəkildə qulluq edilmiş Jaguar avtomobillərimizlə səyahətinizi rahatlıqla davam etdirin. Əvəzedici avtomobillər onların mövcudluğundan və təmirin xarakterindən asılı olaraq təqdim olunur.